Şriftin ölçüsü :

Saytın rəngi :

“14 iyul 1969-cu il-Milli tariximizin unudulmaz günü ” adlı tədbir keçirilib.

12 iyul 2018 | 16:00

  11 iyul 2018-ci  il tarixdə Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birinci dəfə respublika rəhbərliyinə gəlişinin 49-cu ildönümünə həsr olunan “14 iyul 1969-cu il-Milli tariximizin unudulmaz günü” mövzusunda tədbir  keçirilib.
   Tədbiri giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyəti başçısının I müavini Azad Balayev ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişinin milli tariximizə unudulmaz bir gün olaraq yazıldığını qeyd etdi. Heydər Əliyevin yorulmaz, məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi mötəbər tədbirlər Azərbaycanın müstəqilliyi, siyasi-iqtisadi gücü, dünyada tanınması üçün əvəzsiz və təkrarolunmaz təməl oldu. Bildirildi ki, Azərbaycan Ulu Öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində qabaqcıl yerə keçdi. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edirdi. Həmin tarixdən 49 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür.
  Tədbirdə məruzə ilə çıxış edən RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov vurğulayıb ki, 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada ictimai-mənəvi durumu səciyyələndirən gerçəkliklər əslində daha böyük nailiyyətlərin-milli ruhun inkişafına, milli özünüdərkin və milli qürurun yüksəlməsinə, gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edən əzəmətli planın tərkib hissəsi olub. Həmin dövrdə Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin öyrənilməsinə və təbliğ olunmasına, Azərbaycanın bütün dünyada tanıdılmasına xüsusi diqqət verilib. Natiq qeyd edib ki, bu gün Heydər Əliyev ideyasına sadiq qalan, onun dövlətçilik prinsiplərini rəhbər tutan, dünyada azərbaycançılıq ənənələrini zənginləşdirən, ölkəmizin dünyada tanıdılması istiqamətində çox böyük işlərə imza atan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilib.
    Daha sonra tədbirdə rayon  Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalovun, Ağsaqqallar Şurasının sədri Rəşid Musayevin, Nizami adına şəhər 1 saylı tam orta məktəbin direktoru Şəfiqə Tütünçiyevanın  çıxışları dinlənilib.

Keçidlər