Şriftin ölçüsü :

Saytın rəngi :

10 avqust 2018-ci il tarixdə Balakən rayonunda baş vermiş təbii fəlakətlə bağlı.

14 avqust 2018 | 16:00

   Aramsız yağan leysan yağışları 10 avqust 2018-ci il tarixdə rayon ərazisindən axan Katex və Balakən çaylarının daşmasına səbəb olub. Sel daşqınları nəticəsində İtitala kəndində bir çox evləri, küçələri və sosial obyektləri su basıb. Sel suları Katex, Püştətala, Kortala və İtitala kəndlərində vətəndaşlara məxsus təsərrüfatlara, qarğıdalı və tütün sahələrinə ciddi ziyan vurub.

  Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün İtitala kəndində rayon Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq işlər görülür. Həyətlərdəki sular nasoslar vasitəsilə kənara vurularaq həyətlər sudan təmizlənir, ehtiyac olan yerlərə qum və çınqıl tökülür. Rayon Sanitar və Epidemioloji Stansiyası tərəfindən kənd bağçasında, fərdi həyətlərdə lazımi dezinfeksiya işləri aparılır.

   13 avqust 2018-ci il tarixində Milli Məclisin deputatı Kamilə Əliyeva və rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev İtitala kəndində olaraq əhali ilə görüşmüş, onların sellə əlaqədar olan problemlərinin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişlər.

   İtitala kəndi fasiləsiz olaraq qaz və elektrik enerjisi ilə təmin edilir.

   Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər davam etdirilir.

Keçidlər