Şriftin ölçüsü :

Saytın rəngi :

Hənifə kəndində növbəti səyyar qəbul keçirilib.

27 sentyabr 2018 | 16:00

   27 sentyabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Hənifə kəndinin Gülüzanbinə yaşayış məntəqəsində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
   Yığıncaqda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edib.
   Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev respublikamızın və Balakən rayonun bu günkü hərtərəfli inkişafından bəhs edib. Qeyd edib ki, son illər rayonda, eləcə də Hənifə kəndində abadlıq və quruculuq işləri geniş vüsət alıb. Gülüzanbinə yaşayış məntəqəsində yeni məktəb binası inşa olunub, 1 ədəd artezian quyusu qazılıb, Balakən–Hənifə-Gülüzanbinə dövlət yolu asfaltlaşdırılıb, bələdiyyə tərəfindən 2,5 km məsafədə içməli su xətti və kənddaxili yol təmir edilib. Bildirilib ki, Gülüzanbinə yaşayış məntqəsində 35 ha sahədə virciniya, 15 ha sahədə quru tütün əkilib. İndiyə qədər 1,5 ton quru tütün,  134 ton yaş tütün təhvil verilib və əlavə 14 ton quru tütünün təhvil verilməsi üçün hazırlanıb. Bu il 19 ailəyə 56 qutu baramaqurdu verilib və kümçülər yekunda 2800 kq barama istehsal ediblər.
   Görüş zamanı rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Hənifə kənd əhalisini narahat edən problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
   Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər