Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib.

11 oktyabr 2018 | 16:00

   11 oktyabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin başçısı şəhər sakinləri ilə növbəti səyyar qəbul keçirib. Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edib.

   Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Balakən şəhərində həyata keçirilən layihələrdən, abadlıq və quruculuq işlərindən bəhs edib. Rayon rəhbəri diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.

   Qəbulda 150 nəfərə yaxın vətəndaş iştirak edib ki, onlardan 15-dən çox sakin müraciət edib. Vətəndaşlar torpaq sahəsi və işlə təminat, kanalizasiya və su xətlərinin yenilənməsi, küçələrin işıqlanması və asfalt döşənməsi kimi məsələlər ilə bağlı rayon rəhbərinə müraciət ediblər.

    Vətəndaşların müraciətlərini tək-tək dinləyən icra başçısı qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti tapşırıqlarını verib. Bir sıra məsələlər isə yerindəcə həllini tapıb.

Keçidlər