Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirilib.

17 noyabr 2018 | 16:00

   Noyabrın 17-də Balakən rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon məktəbliləri ilə görüş keçirilib.

   Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tədbirdə çıxış edərək məktəblilərə ölkəmizin iqtisadi və siyasi qüdrətindən danışıb, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin daha da möhkəmləndiyini, ölkəmizin sabitlik və davamlı inkişaf diyarına çevrildiyini bildirib. Qeyd edib ki, iqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə yüksəlib.

   İştirakçılara uğurlu yol arzulayan İslam Rzayev diqqətə çatdırıb ki, ümumilikdə ölkəmizdə 5 il ərzində 7 istiqamət-Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Astara və Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər üzrə 9 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur aksiyalarda 20 min 254 məktəbli iştirak edib. Balakən rayonundan “Ölkəmizi tanıyaq” tur-aksiyalarında respublikamızın müxtəlif regionlarına 215 məktəblinin səfəri təşkil edilib. Noyabr ayının 14-17 və 18-21 tarixlərini əhatə edəcək növbəti, 10-cu tur aksiyada ümumilikdə 3190 şagird iştirak edəcək. 18-21 noyabr tarixlərində Balakən rayonundan 40 məktəbli Lənkəran-Masallı-Astara rayonları istiqamətində olacaq tur-aksiyada iştirak edəcəkdir.

   Tədbirdə çıxış edən ziyalılar, tur-aksiya iştirakçıları və onların valideynləri bu önəmli layihəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər