Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Katex kəndində keçirilib.

13 dekabr 2018 | 16:00

   13 dekabr 2018-ci il tarixdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Katex kəndində növbəti səyyar qəbul keçirib.

   Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə Azərbaycanda aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. İqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunmasına və müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsinə nail olunub.

   İslam Rzayev qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlər, dövlət investisiya layihələri çərçivəsində və iş adamları, sahibkarların vəsaitləri, rayonun daxili imkanları hesabına Balakəndə irimiqyaslı tikinti-quruculuq işləri görülüb, sosial layhələr icra olunub. Balakən rayonunun hərtərəfli inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Cari ildə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilir. Rayon ərazisində su xətləri yenilənir, magistral yollarda və rayon daxili küçələrdə asfaltlanma işləri aparılır.

   Rayon rəhbəri diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.

  Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qəbulda iştirak edən vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti tapşırıqlarını verib.                                                      

Keçidlər