Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən kümçüləri barama tədarükünə görə nəzərdə tutulan planı uğurla yerinə yetiriblər.

14 iyun 2019 | 16:00

   Bu il Balakən rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 13 tondan çox artırılaraq, 43 tona çatdırılması planlaşdırılırdı. Balakənli kümçülər barama tədarükünə görə nəzərdə tutulan planı respublikada ikinci olaraq yerinə yetiriblər. İstehsalçılar indiyədək qəbul məntəqəsinə 43,7 ton yaş barama təhvil veriblər.

   Cari mövsümdə barama yetişdirmək üçün 315 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 1075 qutu və ya 20 kiloqram 425 qram ipəkqurdu paylanılıb. Qazma kəndindən Rəşad Əzizov builki mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 776 kiloqram yaş barama təhvil verib. Mahamalar kəndindən Aypara Dadayeva 617 kiloqram, Meşəşambul kəndindən Məhəmməd Cirinqov isə 475 kiloqram yaş barama istehsal ediblər.

    Rayonda barama tədarükü davam edir.                                                         

Keçidlər