Şriftin ölçüsü :

Saytın rəngi :

Gərəkli kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb

17 iyul 2019 | 16:00

   İyulun 17-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində Gərəkli kəndində inşa edilən inkubator məntəqəsinin açılış mərasimi baş tutub. Layihə çərçivəsində inkubator sexi üçün bina tikilib, generator, inkubasiya rəfləri və digər avadanlıqlar qoyulub.

   Açılış mərasimində çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, son illər regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə kənd təsərrüfatının inkişafı, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə mühüm addımlar atılır. Gərəkli kəndində inkubator məntəqəsinin inşa edilməsinin əhəmiyyətinə diqqət çəkən İslam Rzayev bu münasibətlə kənd sakinlərini təbrik edib.

   Vurğulayıb ki, inkubator məntəqəsinin inşa edilməsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində rayonda icra edilən layihələrdən sadəcə biridir. Məlumat verilib ki, birgə fəaliyyət nəticəsində Qazma kəndində kiçik yem istehsalı müəssisəsinin inşası layihəsi icra olunub və Qullar kənd uşaq bağçası-körpələr evində əsaslı təmir işləri aparılıb.

   Tədbirdə çıxış edən USAİD-in proqram rəhbəri Eylin Louless layihələrin insanların öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlmiş səylərinə dəstək göstərmək məqsədi daşıdığını bildirib, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.                                      

Keçidlər