Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunun təhsil göstəriciləri müzakirə olunub

16 dekabr 2019 | 16:00

   Dekabr ayının 16-da Balakəndə rayon təhsil şöbəsinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

   Tədbirində rayon təhsil şöbəsinin kollektivi, məktəb direktorları iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

   Hesabat yığıncağında Balakən Rayon Təhsil Şöbəsi müdirinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzəsi dinlənilib.

   Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva hesabat barədə fikirlərini bildirib. Buraxılış imtahanlarının nəticələrinə əsaslanaraq rayonun təhsil göstəriciləri müzakirə edilib. M.Vəliyeva təhsilin inkişafı, məktəblərdə təmayül siniflərinin, həmçinin məktəbəhazırlıq qruplarının təşkili məsələlərinə toxunub.

   Sonra Təhsil nazirinin müavini Balakəndə pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşüb. Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi üçün görüləcək işlər müzakirə olunub.

   Təkliflər dinlənilib, suallar cavablandırılıb.

   Nazir müavini Nizami adına şəhər 1 nömrəli, Şərif və Yeni Şərif kənd tam orta məktəblərində, həmçinin humanitar və texniki təmayüllü liseydə yaradılmış şəraitlə tanış olub, dərs prosesini izləyib, müəllim və şagird kollektivi ilə söhbət aparıb.                                                

Keçidlər