Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə xüsusi karantin rejimi ilə əlaqədar sosial qayğıya ehtiyacı olanlar xüsusi diqqətdə saxlanılırlar

02 aprel 2020 | 16:00

 Balakən rayonunda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına görə, evdə qalan, sosial yardıma ehtiyacı olan ahıl, tənha vətəndaşların ehtiyaclarının ödənilməsinə, onlara lazımi sosial-tibbi və mənəvi dəstəyin göstərilməsinə diqqət artırılıb.
   Balakən Rayon İcra Hakimiyyətində yaradılmış qərargahın üzvləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyələr vasitəsilə müəyyən edilən belə vətəndaşlar barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Mərkəzinin (DSMF) Balakən rayon şöbəsinə məlumat verilir və həmin şəxslər dərhal qeydiyyata alınaraq sosial xidmətə cəlb olunurlar.
   Hazırda DSMF-nin rayon şöbəsinin sosial xidmət sahəsində  34 sosial xidmət işçisi 288 vətəndaşa xidmət göstərir.
   Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi zamanı 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğu üçün martın 24-dən daxil olan müraciətlər əsasında daha 41 tənha vətəndaş sosial xidmətə cəlb olunub.
   Vətəndaşlarla müntəzəm əlaqə yaradılır, ərzaqları, dərmanları, digər məişət ləvazimatları alınır, kommunal xərcləri ödənilir.                              

Keçidlər