Şriftin ölçüsü :

Saytın rəngi :

Həmkarlar İttifaqları Konfederasiyası Balakən rayonunda aztəminatlı ailələrə ərzaq yardımı edib

30 aprel 2020 | 16:00

  Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarı ilə aztəminatlı ailələr üçün ərzaq sovqatının paylanılması kampaniyasına start verilib.
   Aksiya çərçivəsində Balakən rayonunda yaşayan aztəminatlı ailələr üçün nəzərdə tutulan 50 ərzaq bağlaması Balakən Rayon İcra Hakimiyyətinin və AHİK-in yerli qurumlarının iştirakı ilə qəbul edilib və aprelin 29-30-da aztəminatlı ailələrə paylanılıb.
   Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
   Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Balakən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə aztəminatlı ailələrə, sosial müdafiəyə ehtiyacı olan insanlara dəstək məqsədilə müxtəlif qurumlar, hüquqi və fiziki şəxslər, bələdiyyələr, sahibkarlar, həmkarlar ittifaqları təşkilatları tərəfindən mütəmadi olaraq belə sosial aksiyalar həyata keçirilir.                                                                     

Keçidlər