Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə indiyədək 4670 hektar sahədə qarğıdalı əkilib

12 may 2020 | 16:00

   Bu il Balakən rayonunun təsərrüfatlarında 7,5 min hektar sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda qarğıdalı əkini mütəşəkkil davam etdirilir. Fermerlər bu günədək 4670 hektar sahəyə qarğıdalı əkiblər. Təsərrüfat sahibləri əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər.
   Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 213 hektar sahədən 44 min 173 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1179 ton artıb.
   

Keçidlər