Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə qarğıdalının əkin sahəsi 302 hektar artırılıb

09 iyun 2020 | 16:00

 Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Cari ildə rayonda dən üçün qarğıdalının əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılaraq 7 min 515 hektara çatdırılıb.
  Cari mövsümdə balakənli fermerlər 45 min tonadək dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar. Hazırda sahələrə aqrotexniki qulluq işləri davam etdirilir.
  Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 7 min 213 hektar sahədən 44 min 173 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1179 ton artıb.
   Hazırda rayonda istehsalçılardan yaş barama tədarükü də davam edir. Kümçülər bu günədək qəbul məntəqəsinə 28 tonadək yaş barama təhvil veriblər.

Keçidlər