Şriftin ölçüsü :

Saytın rəngi :

Xilaskar missiya: Məqsədimiz qələbədir!

20 oktyabr 2020 | 16:00

Oktyabrın 17-sində xalqa müraciəti zamanı Prezident İlham Əliyev Azərbaycan Ordusunun qələbə salnaməsindən danışdı: “Müzəffər Azərbaycan Ordusu gedən döyüşlərdə düşmənləri bizim torpağımızdan qovur və qovacaqdır. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır. Xalqa müraciəti zamanı cənab Prezident Füzuli şəhərinin şanlı ordumuz tərəfindən azad olunmasınınm müjdəsini verdi: “Füzuli böyük qələbənin müjdəsidir. Füzuli əməliyyatı rəmzi məna daşıyır. Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması deməkdir. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri bəxş edir”.
   Ali Baş Komandan İlham Əliyev Qarabağda əks-hücum əməliyyatları başlanandan sonra xarici KİV-ə verdiyi bütün müsahibələrində bu məsələyə xüsusi toxunur və qətiyyətlə vurğulayır ki, Ermənistanın xain hücumları Azərbaycanı zərrə qədər yolundan döndərə bilməz. Çünki Azərbaycan haqq yolundadır və bu yolu uğurla davam etdirir. Müraciəti zamanı cənab Prezident əldə Ermənistan ordusunun məhv edilmiş hərbi texnikası barədə də məlumat verdi: Azərbaycan ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsinin siyahısı: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb.
   Qorxudan öz silahlarını yerə qoyub qaçan erməni əsgərinin bu gün Azərbaycan əsgərinin qarşısına çıxa bilməməsi təəccüb doğurmur. Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirmiş ordumuz haqqı bərpa edir.
   Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəlir. Müzəffər Azərbaycan ordusu şərəfli missiyanın öhdəsindən gələ bilir. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi. Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri əldən edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsindədir.
   Xalq və rəşadətli ordu öz qələbə salnaməsini yazır. Azad edilmiş daha  7 kəndi və Füzuli şəhərinin adını birbaşa Ali Baş Komandanın dilindən eşidən Azərbaycan xalqı Azərbaycan ordusunun öz xilaskar missiyasını yerinə yetirdiyi çox yaxşı bilir və bununla qüruru duyur. Belə ki, 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib.
   İlham Əliyev: “Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır. Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır. Məscidlərdə azan səsi eşidiləcəkdir. İşğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi eşidiləcək. Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir. Haqlı olan Azərbaycan ordusu öz döyüş gücünü göstərir. Haqlı olan Azərbaycan ordusu öz torpaqlarında vuruşur. Xalqın savaşı müqəddəs savaşdır! Ordumuz öz gücünü döyüş meydanında göstərir.
   Bu gün haqq mübarizəsini aparan xalq xoşbəxtdir. Torpaqlarımızın işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir. Bütün Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir. Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz.
   Dövlətin milli maraqları mütləq təmin olunacaqdır. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz.
   Azərbaycan Ermənistanın namərd əməllərinə döyüş meydanında cavab verir. Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar.
   İllərdir cəzasızlıq mühitindən yararlanan Ermənistanın status-kvonu saxlamaq niyyəti də alt-üst oldu. Artıq status-kvo, təmas xətti deyilən anlayış yoxdur. “Münaqişənin hərbi həlli yoxdur” tezisi də məhv olub. Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaqardına vurur, öz iradəsini diktə etməyə çalışırdı. Amma bu müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı. Eyni zamanda iqtisadiyyatını tam çökdürdü. Indi Ermənistanın yeganə qurtuluş yolu var- İlham Əliyevin irəli sürdüyü şərlərin icrasını təmin etmək.

Keçidlər