Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən şəhərində pandemiya əleyhinə təkrar dezinfeksiya işləri aparılıb

24 noyabr 2020 | 16:00

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Balakən rayonu ərazisində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Balakən şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
   Noyabrın 23-də Balakən şəhərinin prospekt və küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb. Əlaqədar qurumların texnika və mütəxəssislərinin iştirakı ilə şəhərin küçələri suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla yuyulub, səkilər dezinfeksiya edilib.
   Eyni zamanda, karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün mobil qruplar tərəfindən rayonun yaşayış məntəqələrində, ticarət obyektlərində reydlər davam etdirilir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparılır.                                    

Keçidlər