Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Vətən müharibəsi qazisi yüksək vəzifəyə təyin olunub

03 aprel 2021 | 16:00

II Qarabağ müharibəsinin qazisi Ağayev Ağa Elman oğlu  Balakən Rayon İcra Hakimiyyəti  başçsının müvafiq sərəncamı ilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
   Yerli icra hakimiyyətlərində bu şöbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.
   Ağa Ağayev 1990-cı ildə Balakən şəhərində anadan olub, 2011-ci ildə Azərbaycan Texniki Universitetini “Dəmiryol nəqliyyatında avtomatika, telemexanika və rabitə” ixtisası üzrə bitirib. Balakən Telekommunikasiya Qovşağında çalışıb.
   Vətən müharibəsi zamanı Ağdərə rayonu, Talış və Suqovuşan kəndləri uğrundə gedən döyüşlərdə iştirak edib, 16 oktyabr 2020-ci il tarixində döyüşlərdə ağır yaralanıb. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
   Balakən Rayon İcra Hakimiyyətinin kollektivi adından Ağa Ağayevi yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edir, möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
   Rayonda dövlət işlərində  gənclərə üstünlük verilməsi və Qarabağ qazilərinə  yüksək etimad göstərilməsi dövlətin qayğı və diqqətinin nəticəsidir.                                                                                                          

Keçidlər