Şriftin ölçüsü :

Saytın rəngi :

Elan

30 aprel 2021 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq  Balakən Rayon İcra Hakimiyyəti başçısının 19 aprel 2021-ci il tarixli 33 saylı Sərəncamı ilə Balakən  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla  9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
     İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
    Bununla əlaqədar olaraq 03 may 2021-ci il tarixdən etibarən 20 iş günü müddətində Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 03 iyun 2021-ci il saat 1800-da başa çatacaqdır. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız 1 nəfər namizəd irəli sürə bilər.
     Seçki ilə bağlı əlavə məlumatların (hansı sənədlərin təqdim olunması və.s) əldə olunması üçün Rayon İcra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə  iş şöbəsinə müraciət oluna bilər.

Keçidlər