Səhiyyə
Balakən rayon Mərkəzi Xəstəxanası 1939-cu ildə fəaliyyətə başlayıb. Həmin dövrdə xəstəxana doğum şöbəsi ilə birlikdə 30-40 çarpayıdan ibarət olmaqla uyğunlaşdırılmış bir mərtəbəli binada yerləşib. Xəstəxanada həmçinin vərəm və digər yoluxucu xəstəliklər üçün palatalar mövcud olub.
2010-cu ildə ölkə başçısı cənab İlham Əliyevin xeyir-duası ilə müasir standartlara cavab verən rayon Mərkəzi Xəstəxanası tikilərək əhalinin istifadəsinə verilib. Hazırda Mərkəzi Xəstəxana 187, Qabaqçöl qəsəbə xəstəxanası 25 çarpayılıqdır.
Balakən rayon Mərkəzi Xəstəxanası rayon əhalisinə aşağıdakı ixtisaslaşdırılmış tibbi xidmətləri göstərir:
Kardiologiya
Anesteziologiya və reanimasiya
Təcili və Təxirəsalınmaz yardım
Urologiya
Nevrologiya
Fizioterapiya
İnfeksion xəstəliklər
Laboratoriya
Otolorinqologiya
Narkoloji
Oftolmologiya
Təcili Tibbi Yardım
Terapiya
Ultrasəs müayinəsi
Cərrahiyyə
Rentgenologiya
Funksional diaqnostika
Dəri-Zöhrəvi
Qadın məstəhətxanası
Pediatriya
Doğum şöbəsi
Ginekologiya
Stomotologiya
Rayonda 2 xəstəxana, 14 kənd həkim məntəqəsi, 15 kənd tibb məntəqəsi və Gigiyena və Epidemiologiya Mərkəzi vardır. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən 15 fevral-15 may 2017-ci il tarixlərində rayon əhalisinin tibbi müayinədən keçirilməsi təmin edilib. Ümumilikdə 60044 nəfər, nəzərdə tutulmuş əhalinin 97%-i tibbi müayinədən keçib.