Etik davranış qaydaları
Görülən işlər
Balakən Rayon İcra Hakimiyyəti tərəfindən
“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 8.10.1-ci yarımbəndinin icra vəziyyəti haqqında
HESABAT
Tədbir |
Tədbirin icrası üzrə fəaliyyət |
Tədbirin keçirilmə tarixi |
Tədbirin keçirilmə yeri |
İştirakçıların sayı |
Qeyd |
Dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlər keçirilməsi |
“Xidməti davranışın hüquqi tənzimlənməsi” mövzusunda treninq |
25.02.2022 |
Onlayn |
35 nəfər : 25 nəfər rəhbər vəzifəli dövlət qulluqçusu, 10 nəfər icraçı vəzifəli dövlət qulluqçusu |
|
Dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlər keçirilməsi |
“Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi” mövzusunda treninq |
25.05.2022 |
Rayon icra hakimiyyətinin inzibati binası (dəyirmi masa) |
45 nəfər: 30 nəfər rəhbər vəzifəli dövlət qulluqçusu, 15 nəfər icraçı vəzifəli dövlət qulluqçusu nəfər |
|
Dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlər keçirilməsi |
“Korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər” mövzusunda treninq |
27.08.2022 |
Rayon icra hakimiyyətinin inzibati binası (Akt zalı) |
50 nəfər: 35 nəfər rəhbər vəzifəli dövlət qulluqçusu, 15 nəfər icraçı vəzifəli dövlət qulluqçusu,
|
|
Dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlər keçirilməsi |
“Dövlət qulluqçusunun ictimai və siyasi fəaliyyəti” mövzusunda treninq |
26.11.2022 |
Rayon icra hakimiyyətinin inzibati binası (Akt zalı) |
40 nəfər: 25 nəfər rəhbər vəzifəli dövlət qulluqçusu, 15 nəfər icraçı vəzifəli dövlət qulluqçusu |
|
Etik davranış məsələləri üzrə məlumatın təqdim edilmə Forması
Etik məsələlər üzrə məsul şəxsin adı, soyadı, vəzifəsi və əlaqə məlumatları |
Etik davranış qaydaları |
Etik davranış qaydasının pozulması halının sayı
|
Tətbiq edilən intizam tənbeh tədbiri |
İntizam tənbeh tədbiri tətbiq edilən dövlət qulluqçusunun adı və vəzifəsi |
Problemlər |
Təkliflər |
Pirdas Qardaşova- Balakən RİH başçısı aparatının hüquq şöbəsinin müdiri
|
Vicdanlı davranış |
0 |
- |
- |
|
|
Peşəkarlıq və fərdi məsuliyyətin artırılması |
0 |
- |
- |
|||
Loyallıq |
0 |
- |
- |
|||
İctimai etimad |
0 |
- |
- |
|||
İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət. İşgüzar nüfuza hörmət |
0 |
- |
- |
|||
Mədəni davranış |
0 |
- |
- |
|||
Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi
|
11 |
Töhmət |
- |
|||
Qərəzsizlik
|
0 |
- |
- |
|||
Maddi və qeyri-maddi nemətlərin, imtiyaz və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi |
0 |
- |
- |
|||
Korrupsiyanın qarşısının alınması |
0 |
- |
- |
|||
Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər |
0 |
- |
- |
|||
Maraqlar toqquşmasının qarşısının alınması |
0 |
- |
- |
|||
Əmlakdan istifadə |
0 |
- |
- |
|||
Məlumatlardan istifadə |
0 |
- |
- |
|||
İctimai və siyasi fəaliyyət |
0 |
- |
- |
Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələləri ilə əlaqədar 2021-ci ildə görülən işlər barədə
Balakən Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun icra olunması, dövlət orqanlarının, dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, korrupsiyanın qarşısının alınması və bu qanunla müəyyənləşdirilmiş digər tələblərin yerinə yetirilməsi məsələlərinə daim diqqət yetirilir.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən rayon icra hakimiyyətinin başçısı tərəfindən tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarət edilir, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülür, dövlət orqanlarında çalışan dövlət qulluqçularından vəzifə borclarının yerinə yetirilməsinə vicdanla və yüksək məsuliyyət hissi, peşəkarlıqla yanaşılması tələb edilir.
Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının etik müvəkkili tərəfindən müvafiq iş planına əsasən etik davranış qaydalarının pozulmasının qarşısının alınması və rayon icra hakimiyyəti başçısı aparatında çalışan dövlət qulluqçularının maarifləndirilməsi məqsədilə 25.02.2021-ci ildə “Dövlət qulluqçusunun xidməti davranışı”, 21.05.2021-ciildə “İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət”, 27.08.2021-ci ildə “Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi”, 26.11.2021-ci ildə “Dövlət qulluqçusunun istifadəsində olan əmlakdan və sərəncamında olan məlumatlardan istifadə etməsi” mövzularında treninqlər koronavirus (COVİD-19) infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə əlaqədar onlayn keçirilmişdir.
İl ərzində Balakən Rayon İcra Hakimiyyətinə rayon icra hakimiyyəti başçısı aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması barədə şikayət daxil olmamışdır.
Rayon ərazisində yerləşən dövlət orqanlarının fəaliyyətlərinə dair materiallar müntəzəm olaraq rayon icra hakimiyyətinin təsisçisi olduğu “Balakən” qəzetində dərc olunur, əhalinin məlumatlandırılması təmin edilir.
Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələləri ilə əlaqədar 2020-ci ildə görülən işlər barədə
Balakən Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun icra olunması, dövlət orqanlarının, dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, korrupsiyanın qarşısının alınması və bu qanunla müəyyənləşdirilmiş digər tələblərin yerinə yetirilməsi məsələlərinə daim diqqət yetirilir.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən rayon icra hakimiyyətinin başçısı tərəfindən tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarət edilir, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülür, dövlət orqanlarında çalışan dövlət qulluqçularından vəzifə borclarının yerinə yetirilməsinə vicdanla və yüksək məsuliyyət hissi, peşəkarlıqla yanaşılması tələb edilir.
Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının etik müvəkkili tərəfindən müvafiq iş planına əsasən etik davranış qaydalarının pozulmasının qarşısının alınması və rayon icra hakimiyyəti başçısı aparatında çalışan dövlət qulluqçularının maarifləndirilməsi məqsədilə 21.02.2020-ci ildə rayon icra hakimiyyətinin iclas zalında rayon icra hakimiyyəti başçısı aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri üçün “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanunu, əhatə dairəsi, qanunun məqsədləri” mövzusunda treninq keçirilmişdir. May ayının 22-də “Peşəkarlıq və fərdi məsuliyyətin artırılması”, avqust ayının 7-də “Qərəzsizlik, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər”, noyabr ayının 13-də “Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət” mövzularında treninqlər koronavirus (COVİD-19) infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə əlaqədar onlayn keçirilmişdir.