Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalar üzrə səlahiyyətli şəxslər

AZƏRBAYCAN    RESPUBLIKASI

  Balakən rayon İcra Hakimiyyətinin başçısının

S Ə R Ə N C A M I


№ 31                                                                                                                         28 mart 2017-ci il

 

Balakən rayon İcra Hakimiyyətində inzibati xətalar haqqında işlərə baxmağa 

səlahiyyəti olan vəzifəli şəxslərin müəyyən edilməsi barədə


   Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli 795 saylı Fərmanının 5.30., 5.53. və 5.57. bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında 23 fevral 2017-ci il tarixli 1256 saylı Fərmanının 1. bəndinə və “Yerli İcra Hakimiyyətləri haqqında  Əsasnamə”nin 4.15.6. bəndinə əsasən Qərara Alıram:

        1.Aşağıdakı şəxslər Balakən rayon İcra Hakimiyyətində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər kimi müəyyən edilsinlər:

     -Əliyeva Mehparə Zahid qızı - RİH başçısı aparatı sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri -  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 400, 455.1., 454.,469-cu  maddələrinə əsasən 

   -Vəliyev Əmir Vəli oğlu  - RİH başçısı aparatı memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393, 395, 396-cı maddələrinə əsasən baxılan işlər üzrə
                          .
   -Muxtarov Muxtar Rzaqulu oğlu - Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 587-ci  maddəsinə əsasən  baxılan işlər üzrə.
 

         2.Həmin vəzifəli şəxslərə tapşırılsın ki,  Azərbaycan Respublikasının inzibati məsuliyyət haqqında qanunvericiliyinin  müvafiq tələblərinin müəyyən edilmiş səlahiyyətlər daxilində yerinə yetirilməsini təmin etsinlər.

         3. Sərəncamın icrasına nəzarət RİHB-nın birinci müavini Azad Balayevə həvalə edilsin.


                          Balakən rayon İcra
                          Hakimiyyətinin başçısı:                                                                         İslam Rzayev

Keçidlər