RİH-nin aktlar
Məşğulluq Sərəncam
Rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması,
yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tədbirlər barədə
AZƏRBAYCAN RESPUBLİKASI
BALAKƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
SƏRƏNCAMI
№ 9 02 fevral 2016-cı il
Rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin
artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tədbirlər barədə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, sərmayələrin cəlb edilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması barədə tapşırıqlarının yerinə yetirilməsini təmin etmək məqsədilə Qərara Alıram:
I. Rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi, sahəsində aparılan işlərin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə rayon qərargahı yaradılsın:
Qərargahın sədri:
İslam Rzayev - Rayon icra hakimiyyətinin başçısı
Qərargahın üzvləri:
1. Azad Balayev - RİH başçısının birinci müavini
2. Mehparə Əliyeva - RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
3. Muxtar Muxtarov - RİH başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
4. Məhəmməd Şərifov - RİH başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini
5. Harun Muradov - “AzərYemSənaye” MMC-nin direktoru
6. Füzuli Varansov - “Azaqro” ASC-nin idarə heyətinin sədri
7. Nüsrət Əsgərov - Talalar kəndində fermer
8. Kamil Zalxayev - “İlham M” MMC-nin nümayəndəsi
II. Qərargahın üzvlərinə tapşırılsın ki, ciddi təhlillər aparmaqla rayonda sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması, istehsal və xidmət sahələrinə sərmayələrin cəlb edilməsini, sosial-iqtisadi inkişafın davamlılığını təmin etmək üçün səmərəli təkliflərin işlənib hazırlanması və həmin təkliflərin reallaşdırılması sahəsində zəruri tədbirlər həyata keçirsinlər.
III. Qərargaha tövsiyyə edilsin ki, rayonun sosial-iqtisadi inkişafına, sahibkarlığın dəstəklənməsi, yeni iş yerləri açılması ilə əlaqədar sahibkarlar, sıravi vətəndaşlar tərəfindən daxil olan təklifləri təhlil etsin, faydalı təklifləri nəzərə alsınlar.
IV. Qərargah tərəfindən aparılan işlərin gedişi ayda iki dəfə müzakirə olunsun və hər ayın 1-də və 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasına görülən işlər barədə məlumat verilsin.
V. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Balakən rayon İcra
Hakimiyyətinin başçısı: İslam Rzayev