Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalar

  

 AZƏRBAYCAN    RESPUBLIKASI

  Balakən rayon İcra Hakimiyyətinin başçısının

S Ə R Ə N C A M I 


 № 105                                                                                                                           29 iyul  2017-ci il

 

Balakən rayon İcra Hakimiyyəti üzrə “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında

işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın  müəyyən edilməsi barədə.


Azərbaycan Respublikası  Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 3 may 2017-ci il tarixli 1361 saylı Fərmanının 4. bəndinə və “Yerli İcra Hakimiyyətləri haqqında  Əsasnamə”nin 6.8-ci  bəndinə əsasən Qərara Alıram:

1.Aşağıdakılar  rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Balakən rayon İcra Hakimiyyəti adından  protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər kimi müəyyən edilsinlər:

1.1.RİH başçısı- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190, 251.3,  197.1, 197.2, 413, 449, 516.0.2, 527,530. 532 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;
1.2.RİH başçısının birinci müavini- 190, 251.3,  197.1, 197.2, 413, 449, 516.0.2, 527,530. 532  maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;
1.3.RİHB-nın müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin   müdiri- 197.1,197.2, 413, 449-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;
1.4.Rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- 190,  516.0.2, 527, 530, 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;
1.5.Ərazi idarəetmə və yerli özünüidarəetmə  orqanları ilə iş şöbəsinin müdiri- 190, 251.3,  197.1, 197.2, 413, 449, 516.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;
1.6.Hüquq şöbəsinin müdiri-   190, 251.3,  197.1, 197.2, 413, 449, 516.0. -cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;
1.7.Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin   müdirinin müavini- 197.1,197.2, 413, 449-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;
1.8.İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini -516.0.2, 527,530. 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;
   1.9.İƏD üzrə nümayəndələr-  Azərbaycan  Respublikası    İnzibati Xətalar Məcəlləsinin 190,  251.3, 197.1, 197.2, 413, 449, 516.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə;

2.Həmin vəzifəli şəxslərə tapşırılsın ki,  Azərbaycan Respublikasının inzibati məsuliyyət haqqında qanunvericiliyinin  müvafiq tələblərinin müəyyən edilmiş səlahiyyətlər daxilində yerinə yetirilməsini təmin etsinlər.

3.Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nurullah İbrahimova tapşırılsın ki, bu sərəncamın yerli “Balakən” qəzetində və RİH-nin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

         4. Sərəncamın icrasına nəzarəti öz üzərimə götürürəm.


          Balakən rayon İcra
          Hakimiyyətinin başçısı:                                                                                              İslam Rzayev

Keçidlər