Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalisi

   01 yanvar 2026-cı il tarixə rayon əhalisinin sayı 101,283 min nəfərdir. Əhalinin 15,852 min nəfəri (15,7%) şəhərdə, 85,431min nəfəri (84,3%) isə kəndlərdə yaşayır. Əhalinin ümumi sayından 18,1 faizi 0-14 yaşda, 70,9 faizi 15-64 yaşda, 11 faizi isə 65 və yuxarı yaşda olanlardır. Doğulanların sayı 833, ölənlərin sayı 571, təbii artım 262 nəfərdir.

   Rayonda iyirmidən çox millətin nümayəndəsi mehriban bir ailə kimi yaşayır. Bunlardan azərbaycanlıları, avarları, tatarları, rusları, ləzgiləri, gürcüləri, ingiloyları, saxurları, ukraynalıları, türkləri və s. qeyd etmək olar. 2019-cu il siyahıyaalınmasına əsasən azərbaycanlılar 74,4%, avarlar 23,5% və digər millətlərin nümayəndələri 2,1% təşkil edir.

Keçidlər