Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

   Ölkəmizdə gənc nəslin fiziki, sosial və mənəvi inkişafı sahəsinə diqqət və qayğı ilə yanaşılır. Uşaq və gənclərin fiziki və sağlam gəncliyin yaradılması, onların hərtərəfli inkişafını təmin edən sahələrdən biri də idmandır. Azərbaycanda bu istiqamətdə bir sıra mühüm dövlət proqramları qəbul edilib. Ölkəmizdə uşaq və gənclərin idmana cəlb edilməsi, onların müasir standartlara uyğun olan idman qurğularında məşq etmələri üçün hər cür şərait yaradılıb.
   Balakən rayonunda idmanın voleybol, basketbol, futbol, sərbəst güləş, yunan roma güləşi, qol güləşi, kikboksinq, şahmat, boks, stolüstü tennis, cudo, taekvando, parataekvando, idman gimnastikası, qadın futbolu, üzgüçülük, uşu, atletika, və s. idman növləri fəaliyyət göstərir.
   Rayonda 109 idman qurğusu vardır. Bunlardan 9 stadion, 1 üzgüçülük hovuzu, 1 Olimpiya İdman Kompleksi, 10 atıcılıq tiri, 36 təhsil ocaqlarının idman zalları, şahmat binası, 2 trenajor zalı, 48 sadə idman qurğusudur. Həmin idman qurğularında 5000-ə yaxın yeniyetmə və gənclər idmanın müxtəlif növləri ilə məşğul olurlar.
   2010-cu ildən rayonda Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Həmin kompleksdə idmanın boks, kikboksinq, futbol, cüdo, üzgüçülük, stolüstü tennis, güləş, yüngül atletika, gimnastika və s idman növlərində 500-dən çox yeniyetmə və gənclər məşğul olurlar.
   Azərbaycan yığma komandasının tərkibində çıxış edən idmançılarımız yüksək nailiyyətlərə nail olur və uğurlar qazanırlar. Bunlardan:


   1. Rasul Çunayev –   Dünya Çempionatının 1 qat bürünc və 1 qat qızıl medalçısı, 2016 Rio Olimpiya Oyunlarının bürünc medalçısı, Avropa Çempionatının 1 qat qızıl və 1 qat gümüş medalçısı, 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən   I Avropa Oyunlarının qızıl medalçısıdır. I Avropa Oyunlarında qazandığı yüksək nailiyyətə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

2. Oluxan Musayev -  nüvə itələmə üzrə Paralimpiya çempionu, disk atma üzrə Avropa çempionu və beynəlxalq yarışların qalibi,  Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında  yadro itələmə üzrə qızıl, disk atma idman növündə isə bürünc medal qazanıb.

3. Murad Bazarov – idmanın güləş növü üzrə Sinqapurda keçirilən yeniyetmələr arasında Olimpiya Oyunlarının qalibi, gənclər arasında dünya çempionatının bürünc mükafatçısı və beynəlxalq  yarışların qalibi.

4. İsmayıl Əliyev- Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında atletika idman növü  üzrə ölkəmizi təmsil edib.

5. İqbal Hacızadə - Çinin Nanjin şəhərində keçirilən sərbəst güləş üzrə yeniyetmələrin II Olimpiya Oyunlarının qızıl medalçısı və yeniyetmələr arasında Avropa Çempionu.

6. Hacımurad Çopsiyev – yunan roma güləşi üzrə gənclər arası Avropa birinciliyinin gümüş medalçısı və yeniyetmələr arası Dünya Çempionatının bürünc mükafatçısı.

7. Hacımurad Bağmanov – yunan– roma güləşi üzrə gənclər arasında Avropa Birinciliyinin və Dünya Çempionatının bürünc medalçısı,  beynəlxalq yarışların qalibi və mükafatçısı.

8. Ramazan Abdullayev - boks üzrə yeniyetmələr arası “Heydər Əliyev Qran Prisi”  beynəlxalq yarışının qızıl medalçısı.

9. Rəsul Məmmədov – pnevmatik tapancadan güllə atıcılığı üzrə beynəlxalq turnirin qalibi.

10. Xoçbar Xalayev – yunan roma güləşi üzrə beynəlxalq turnirin qalibi.

11. Asxab Həmzətov – yeniyetmələr arasında Avropa Birinciliyinin  və Dünya Çempionatının bürünc medalçısı.

12. Şəhmir İbadov - 2016-cı il parataekvando idman növü üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi, 16.09.2016-cı il tarixdə Polşanın Varşava şəhərində  keçirilən parataekvando idman növü üzrə gənclər arasında Avropa çempionatının və 09.04.2017-ci il tarixdə Rusiya Federasiyasında keçirilən beynəlxalq turnirin gümüş medalçısı.

13. Diana Şoranova- Yeniyetmələr və gənclər arasında 5 qat Azərbaycan çempionu. 2016-cı ildə Həzi Aslanovun xatirəsinə həsr edilmiş XXVIII beynəlxalq cüdo turnirinin qalibi. 

14. Fətəliyeva Dinarə- Boks idman növü üzrə 2016-cı ildə gənclər arasında Azərbaycan birinciliyinin qalibi.15.03.2017-ci ildə  keçirilən Abbas Ağalarovun xatirəsinə həsr olunmuş Beynəlxalq turnirin bürünc mükafatçısı.

15. Fətəliyeva Çinarə- Boks idman növü üzrə 2016-cı ildə gənclər arasında Azərbaycan birinciliyinin bürünc mükafatçısı.

16. Murad Əhmədiyev - 2023-cü ildə Rumıniyanın Buxarest şəhərində keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə Avropa çempionu; 

   Balakən rayonunda iki nəfər şöhrət ordenli idmançı, iki əməkdar məşqçi, dörd  nəfər fəxri bədən tərbiyəsi və idman işçisi vardır.

Keçidlər