Rayon haqqında
Səhiyyə
Balakən rayon Mərkəzi Xəstəxanası 1939-cu ildə fəaliyyətə başlayıb. Həmin dövrdə xəstəxana doğum şöbəsi ilə birlikdə 30-40 çarpayıdan ibarət olmaqla uyğunlaşdırılmış bir mərtəbəli binada yerləşib. Xəstəxanada həmçinin vərəm və digər yoluxucu xəstəliklər üçün palatalar mövcud olub.
2010-cu ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə 187 çarpayılıq müasir standartlara cavab verən rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olmuşdur.
Balakən rayon Mərkəzi Xəstəxanası rayon əhalisinə aşağıdakı ixtisaslaşdırılmış tibbi xidmətləri göstərir:
Kardiologiya
Anesteziologiya və reanimasiya
Təcili və Təxirəsalınmaz yardım
Urologiya
Nevrologiya
Fizioterapiya
İnfeksion xəstəliklər
Laboratoriya
Otolorinqologiya
Narkoloji
Oftolmologiya
Təcili Tibbi Yardım
Terapiya
Ultrasəs müayinəsi
Cərrahiyyə
Rentgenologiya
Funksional diaqnostika
Dəri-Zöhrəvi
Qadın məstəhətxanası
Pediatriya
Ginekologiya
Stomotologiya
Rayonda 1 xəstəxana, 2 ailə sağlamlıq mərkəzi, 14 kənd həkim məntəqəsi, 15 kənd tibb məntəqəsi və Gigiyena və Epidemiologiya Mərkəzi vardır. 2020-ci ilin yanvar ayının 1-dən Balakən rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmış, Balakən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi yaradılmışdır.