Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü il üzrə hesabat

 

Balakən rayonu üzrə 2013-cü ildə sosial-iqtisadi sahədə görülən işlərə  dair

 Hesabat

        

 Ölkəmizin həyatında və cəmiyyətimizin dayanıqlı inkişafında mühüm rol oynayan daha bir il arxada qaldı. 2013-cü ildə  həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi ölkədə dinamik inkişafın təmin olunmasına, əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsinə  xidmət etmişdir. Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin və həyata keçirilən digər əhəmiyyətli tədbirlərin nəticəsi olaraq ölkə iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir. Qazanılan uğurlar və əldə edilən nailiyyətlər ölkə iqtisadiyyatının keyfiyyət baxımından  daha da təkmilləşməsinə təkan vermişdir.       Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ölkə Prezidenti cənab İlham Əliyev 2013-cü ildə sosial-iqtisadi inkişafın yekunlarını ətraflı təhlil etmiş eyni zamanda qarşıda duran vəzifələrə və həllini gözləyən problemlərə toxunmuşdur.  

Qeyd olunmuşdur ki, ötən ildə ümumi daxili məhsul istehsalı  6 faiz, qeyri-neft sektorun 9,8 faiz,  əhalinin pul gəlirləri 8 faiz artmış, inflyasiya cəmi 2,4 faiz təşkil etmişdir. Ölkəmizdə nəzərdə tutulmuş proqramlar əsasında həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində yol, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil, səhiyyə, bir sözlə, bütün sosial-iqtisadi, mədəni və digər sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırılmış, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır.   

          Ötən il Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması sahəsində ölkə iqtisadiyyatına rekord həcmdə - 28 milyard dollar investisiya qoyulmuşdur və bu vəsaitin 63 faizi daxili investisiyalardır. Ölkə iqtisadiyyatında aparılan uğurlu iqtisadi islahatların nəticəsidir ki, digər sahələrlə yanaşı, sənayenin inkişafında da böyük nailiyyətlər əldə olunmuşdur.  Son on il ərzində sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramı  da uğurla icra olunmuş, idxaldan asılılığımız böyük dərəcədə azalmışdır.

2013-cü ildə sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilmiş, iqtisadiyyatın müxtəlif sahələrinə 275 milyon manat güzəştli kredit verilmişdir. Xüsusən istehsal fəaliyyəti ilə məşğul olan müəssisələrin məhsulları artıq xarici bazarların rəqabət tələblərinə cavab verir. Dövlətimizin sosial yönümlü siyasətinin nəticəsidir ki, 2013-cü ildə minimum əmək haqqı 13 faiz, əmək pensiyalarının baza hissəsi 17, 6 faiz,  bütün növ sosial müavinətlər 10-67 faiz çərçivəsində artmış, dövlət sektorunda çalışanların əmək haqları minimum 10 faiz artırılmışdır.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə, İKT texnologiyalarının tətbiqi sahəsində Azərbaycan  böyük uğurlar əldə etmişdir. Bu sahələrdə aparılan siyasət gələcəkdə də davam etdiriləcəkdir.

2013-cü ildə respublikanın xarici siyasəti istiqamətində, ordu quruculuğunun möhkəmləndirilməsində də böyük nailiyyətlər əldə olunmuşdur.

Həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq, sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi Azərbaycanın nüfuzu daha da artmışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi  inkişafını şərtləndirən ilk Dövlət Proqramının qəbulundan sonra keçən 10 ildə makroiqtisadi göstəricilər, açılan iş yerləri, istifadəyə verilən obyektlər Proqramın icrasının bölgələrin sosial-iqtisadi inkişafındakı əhəmiyyətini bir daha təsdiq etmişdir.

Birinci Dövlət Proqramında Balakən rayonu üzrə müxtəlif sahələri əhatə edən 10 tədbir, ikinci Dövlət Proqramında 16 tədbir nəzərdə tutulmuş və icrası başa çatdırılmışdır. Nəticədə son 10 ildə rayonda ümumi məhsul istehsalı 2,8 dəfə, sənaye məhsulu istehsalı 4,2 dəfə, kənd təsərrüfatı istehsalı 1,4 dəfə, pərakəndə ticarət dövriyyəsi 2,8 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,2 dəfə, iaşə dövriyyəsinin həcmi 5,8 dəfə artmışdır.

 Sahibkarlıq subyektlərinin sayı 13,8%, o cümlədən fərdi sahibkarların sayı 13,8% çoxalmışdır.

          Orta aylıq əmək haqqı 7,5 dəfə, pensiyaların orta məbləği 4,9 dəfə yüksəlmişdir.

Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 139 sahibkara 18,4 milyon manat məbləğində güzəştli kredit verilmişdir.

 Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 1,8 milyon manat məbləğində yardım edilmişdir.

 Mənzil fondunun ümumi sahəsi 20,5 % artmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 8 mənzilli və 36 mənzilli yaşayış binaları inşa edilmiş, 10 fərdi ev tikilmiş, məcburi köçkünlər üçün isə 45 mənzilli yeni yaşayış binası istifadəyə verilmişdir.

Su, qaz, kanalizasiya sistemi ilə təchiz edilmiş yaşayış sahələri müvafiq olaraq 2,2 dəfə, 37,7 % və 1,5 dəfə artmışdır.

Elektron telefon stansiyalarının sayı 2,3 dəfə, ümumi nömrə tutumu 1,7 dəfə çoxalmışdır.

 İnternet istifadəçilərinin sayı 14,5 dəfə, internetə çıxışı olan evlərin sayı 2,8 dəfə, kompyuter istifadəçilərinin sayı 10,4 dəfə, mobil telefon abunəçilərinin sayı 14,4 dəfə artmışdır.

18     Son 10 ildə 7660 şagird yerlik 30 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 720 şagird yerlik 4 məktəb binası tikilmişdir. 1874 şagird yerlik 2 məktəb binası əsaslı təmir olunmuşdur.

          Səhiyyə, idman, mədəniyyət obyektləri, inzibati binalar, yollar, körpülər tikilərək istifadəyə verilmiş, istehsal və xidmət  sahələri yaradılmışdır. Dövlət Proqramlarının icrası müddətində ölkə Prezidenti cənab İlham Əliyev dörd dəfə Balakənə səfər etmişdir. Dövlət başçısının rayonumuza sonuncu-dördüncü səfəri hesabat dövrünə təsadüf edir. Nümayiş olunan filmdən də izlədiyiniz kimi, səfər zamanı cənab Prezident inşasına 2012-ci ildə başlanan Mədəniyyət Mərkəzinin, YAP rayon təşkilatının yeni inzibati binasının və Katex kəndində soyuducu anbar kompleksinin açılışlarını etmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin rayona səfərindən qısa müddət sonra rayonda aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi və regional inkişaf Proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrasının  sürətləndirilməsi məqsədilə Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında iki Sərəncam imzalamışdır. 3080 nömrəli Sərəncama əsasən rayon Icra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan  2 (iki) milyon manat ayrılmışdır. Sərəncamın icrası məqsədi ilə görüləcək işləri özündə əks etdirən “Titul siyahısı” təsdiq olunmuş, siyahıya görə 2013-cü ildə icrası planlaşdırılan kommunal evlərin və “Soyqırım abidəsi”nin təmiri bəndləri üzrə 266954,00 manat dəyərində iş yerinə yetirilmişdir və bu istiqamətdə işlər davam etdirilir.  

          Ölkə Prezidentinin 22 avqust 2013-cü il tarixli 3081 nömrəli Sərəncamı ilə qırx dörd min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinə ilkin olaraq 2 (iki) milyon manat vəsait ayrılmışdır. Ayrılan vəsaitin təyinatı üzrə xərclənməsi üçün yolun layihələndirilməsi işləri başa çatdırılmış, tender elan olunmuşdur.

Dövlət Proqramında nəzərdə tutulan və icrası təmin edilən tədbirlərlə yanaşı həllini gözləyən problemlər, perspektiv planlar da vardır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2014-2018-ci illər üçün davamının hazırlanması məqsədilə rayon üçün tədbirlər hazırlanmış, həllini gözləyən problemlərin də daxil edildiyi həmin sənədə əlavələrlə birlikdə 78 təklif daxil edilmişdir. Təkliflərdə şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması, yolların təmiri, sahilbərkitmə işləri, kəndlərdə artezian quyularının qazılması, yeni məktəb binalarının tikintisi və təmiri, tarixi abidələrin təmiri və bərpası, və s. tədbirlər nəzərdə tutulur.

Hesabat dövründə rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmiş,  ümumi məhsul buraxılışı 181,6  milyon manat təşkil etmiş, 2012-ci illə müqayisədə artım  21,6 faiz olmuşdur. Hesabat dövründə 57,6 milyon  manatlıq kənd təsərrüfatı məhsulu, 5,9 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 69 milyon manatlıq tikinti işləri görülmüşdür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 7,5 faiz, tikinti işlərinin həcmi 51,3 faiz artmış, sənaye məhsulu istehsalı ötənilki səviyyədə qalmışdır. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının istehsalının xüsusi çəkisi 31,7 faiz, sənayenin xüsusi çəkisi 3,3 faiz, tikinti işlərinin həcmi 38,4 faiz təşkil etmişdir. Orta aylıq əmək haqqı 2012-ci illə müqayisədə 11 faiz artaraq 248,1 manat olmuşdur.

 

Hesabat dövründə rayon büdcəsinin ümumi gəlirləri 97,3 faiz, cari gəlirləri isə 101,2 faiz yerinə yetirilmişdir. Yerli gəlirləri və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 96,4 faiz alınmışdır. Yerli gəlirlər 5  tədiyyə növü üzrə  yerinə yetirilmiş, 4 tədiyyə növü üzrə kəsirlə icra olunmuşdur. Yerli xərclər 96,8 faiz yerinə yetirilmişdir.

Büdcə daxilolmalarında dövlət müəssisələrinin xüsusi çəkisi 9,2 faiz, qeyri dövlət müəssisələrinin xüsusi çəkisi 80,3 faiz, fiziki şəxslərin xüsusi çəkisi 10,5 faiz təşkil etmişdir.

1 yanvar 2014-cü ilə rayon üzrə  2121 vergi ödəyicisi, o cümlədən 259 hüquqi şəxs, 1862 fiziki şəxs fəaliyyət göstərmişdir. Qeydiyyata alınmış vergi ödəyicilərindən 45-i əlavə dəyər vergisi ödəyiciləridir.

Hesabat dövründə sahibkarlığın  inkişaf etdirilməsi məqsədilə özəl sektorun maliyyə təminatının yaxşılaşdırılması sahəsində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 13 sahibkara 160000 manat, kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi çərçivəsində  70 nəfərə 50 min manat kredit verilmişdir.

Cari ildə rayonun əkin sahələrinin 11751 hektarında payızlıq və yazlıq bitkilər əkilmişdir.

Qeyd olunmalıdır ki, 2013-cü ilin iqlim şəraiti yazlıq bitkilərin optimal müddətdə əkilməsinə imkan verməsə də rayon rəhbərliyinin fermerlərlə, torpaq mülkiyyətçiləri ilə birgə əkin sahələrinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kəndlər üzrə hədəf göstəricilərin müəyyən edilməsi, gübrə və toxumla təchizatın yaxşılaşdırılması, kəndlərdə istehsalçıların problemlərinin həllinə göstərilən köməklik, gündəlik operativ nəzarətin həyata keçirilməsi istiqamətində görülən işlər  özünün müsbət səmərəsini vermiş və əkin sahələrinin 6,1 faiz artırılması təmin edilmişdir.

Hesabat dövründə rayonda 7060 hektar sahədə qarğıdalı, 310 ha sahədə   lobya, 2006 ha sahədə  tərəvəz, 330 ha sahədə bostan, 889 ha sahədə kartof, 779 ha sahədə yonca əkilmişdir. 2012-ci ilə nisbətən rayonda 9,6 % qarğıdalı, 4 % lobya, 1,2 % tərəvəz, 3,7 % kartof, 10 % bostan bitkiləri, 13,1 % sahədə isə yonca artıq əkilmişdir.  Əkin sahələrinə aqrotexniki qulluq göstərilmiş, mineral gübrələr verilmişdir.

Təsərrüfatlarda 42195 ton qarğıdalı, 21247 ton tərəvəz, 7091 ton kartof, 3438 ton bostan, 564 ton lobya, 28316 ton meyvə, 728 kq barama və digər məhsullar istehsal edilmişdir. Əvvəlki ilə nisbətən 1119 ton qarğıdalı (2,7%), 1537 ton tərəvəz (7,8%), 289 ton kartof (4,3 %), 337 ton bostan (10,9%) artıq istehsal olunmuşdur.

Qeyd olunmalıdır ki, son illərdə rayonda meyvəçiliyin inkişaf etdirilməsinə, o cümlədən, yeni intensiv bağların salınmasına diqqət artmışdır. Əvvəlki ildə salınmış 123 ha intensiv meyvə bağlarına qulluq göstərilmiş və Katex kəndində 48 ha sahədə yeni intensiv meyvə bağları salınaraq damlama üsulu ilə suvarma sistemi qurulmuşdur.  Rayonda soyuducu kameralar tikilmiş, məhsulların saxlanması sahəsində olan problemlərin aradan qaldırılması və bu sahənin inkişaf etdirilməsi üçün yeni imkanlar yaradılmışdır.

Ötən dövrdə bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, iri buynuzlu mal-qaranın, qoyun keçilərin, quşların baş sayının artımına nail olunmuşdur.

Rayonda 4766 ton ət, 18865 ton süd, 71 ton yun, 17 ton bal, 8672 min ədəd yumurta istehsal olunmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən 47 ton ət, 2445 ton süd, 0,7 ton yun, 253 min ədəd yumurta artıq istehsal edilmişdir. Bal istehsalı isə 16,1 ton azalmışdır.

Rayonda fəaliyyət göstərən «Azəryemsənaye» MMC tərəfindən xaricdən 214 baş malın alınıb gətirilməsi təmin edilmişdir. Qazbinə kəndində ətlik istiqamətində yaradılmış fermada heyvandarlığın inkişaf etdirilməsi üçün müvafiq işlər görülmüş, sanitariya normalarına uyğun heyvan kəsim meydançası tikilmiş, şəhər ərazisində ət və ət məhsullarının satışı üzrə tikilib istifadəyə verilmiş firma mağazası vasitəsi ilə məhsulların bazar qiymətlərindən aşağı qiymətə  satışı təşkil olunmuşdur.

Heyvandarlıq sahəsində müsbət işlərlə yanaşı həlli vacib məsələlər hələ də qalmaqdadır. Qeyd olunmalıdır ki, rayonda mal-qaranın baş sayının, məhsul istehsalının artmasına baxmayaraq hər baş heyvandan alınan məhsulun miqdarı azdır. Bu sahədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün əlavə tədbirlərin görülməsinə, süni mayalandırmanın daha geniş tətbiq edilməsinə ciddi  ehtiyac vardır.

Rayonun fermerləri və torpaq mülkiyyətçiləri, sahibkarlar və fiziki şəxslər  aqrar sahəyə göstərilən  dövlət dəstəyindən, tətbiq edilən  güzəşt və yardımlardan maksimum yararlanmış, istehsalın artırılması üçün əlavə tədbirlər də həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə 2013-cü ildə istehsalçılara yanacaq və motor yağlarına görə 5630,35 ha əkin aparılmış sahəyə 225214 manat yardım verilmiş, buğda əkininə görə 2668 manat yardım hesablanmış, 161,2 ton mineral gübrələr güzəştli qiymətlərlə satılmışdır. Əvvəlki illə müqayisədə yanacaq və motor yağlarına görə verilən yardım 22942 manat, mineral gübrələrin güzəştli qiymətlərlə satışı 3,4 dəfə artmışdır. Yanacaq və motor yağlarına görə verilmiş yardımın artması, istehsalçıların qarğıdalı istehsalına marağının artması, qarğıdalı əkinlərinin 9,6 % çoxalması ilə əlaqədardır. Kənd təsərrüfatı istehsalçılarına yardımların verilməsində nöqsanlara yol verilməsinin qarşısının alınması üçün kənd ərazi komissiyalarının məsuliyyətlərinin artırılması və nəzarətin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Kənd təsərrüfatı sahəsində görülmüş tədbirlərin nəticəsində cəmi əkinlərin 6,1 %, yazlıq əkinlərin isə 7,6 % artırılması mümkün olmuşdur.

Kənd təsərrüfatının inkişaf etməsi ilə yanaşı istehsalçıların kənd təsərrüfatı texnikasına tələbatı da artmışdır. Bu baxımdan dövlət başçısının “Kənd təsərrüfatı  məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına dəstək haqqında” 21 dekabr 2013-cü il tarixli Sərəncamı böyük əhəmiyyət daşıyır və ölkədə taxıl yığımında texnika çatışmamazlığı ilə əlaqədar yaranan problemlərin tamamilə aradan qaldırılmasına imkan verəcəkdir. Məlumat üçün bildirirəm ki, rayonumuza da əlavə 2 ədəd taxıl və qarğıdalıyığan kombayn ayrılmış və bu texnikaların biçin mövsümünə qədər gətirilməsi təmin olunacaqdır.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə kənd təsərrüfatının inkişafı startegiyası, yaxın gələcəkdə onun inkişafı perspektivləri müəyyən olunmuş, insanların sağlamlığının qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətinə nəzarət edilməsi üçün baytarlıq-sanitariya və sanitar-epidemioloji tələblərə uyğun ət kəsimi satışı mərkəzlərinin yaradılması tədbirlərinin həyata keçirilməsi, özəl-tədarük-satış bazarlarının, ticarət şirkətlərinin logistik mərkəzlərinin, qablaşdırma və tara təsərrüfatlarının avtorefrijerator parklarının, özəl fermer mağazalarının, “Yaşıl marketlər”in və topdansatış mərkəzlərinin dövlət tərəfindən dəstəklənməsi fermerlərə informasiya-məsləhət  xidmətlərinin səmərəli təşkili sahəsində müvafiq tədbirlərin və sair işlərin görülməsi nəzərdə tutulmuşdur ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılmasına və daxili bazarın dövlət tərəfindən qorunmasına gətirib çıxaracaqdır.

Bütövlükdə, 2013-cü ildə aqrar sahədən 57,6 mln. manatlıq gəlir əldə edilmişdir ki, bu da  əvvəlki ilə nisbətən 7,5 faiz  çoxdur. İstehsal olunan məhsulun 55,8 faizi və ya 32,2 mln. manatı bitkiçilik, qalan 44,2 faizi  və ya 25,4 mln. manatı isə heyvandarlıq məhsullarının payına düşmüşdür.

Hesabat dövründə «Aqroservis» filialı tərəfindən 542 ton mineral gübrələr gətirilmiş və 50 % güzəştli qiymətlərlə fermerlərə satılması təmin edilmişdir. Kənd təsərrüfatı istehsalçılarının texnikaya olan tələbatının ödənilməsi üçün əlavə 1 ədəd qarğıdalıyığan kombaynın gətirilməsi təmin olunmuşdur. İstehsalçılara göstərilən aqroservis xidmətlərinin yaxşılaşdırılması üçün  rayonda «Aqroservis» filialının anbar binaları tikilmiş və istifadəyə verilmişdir. 

Təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq mal-qaraya baytarlıq xidmətinin göstərilməsi sahəsində baytar mütəxəssisləri  müxtəlif xəstəliklərə qarşı mübarizə tədbirlərini  gücləndirmiş, profilaktiki peyvəndləmə işi təşkil edilmişdir.

          Hesabat dövründə torpaq qanunvericiliyinə əməl olunması sahəsində 15 qanun pozuntusu qeydə alınmış, onun 3-ü məhkəməyə göndərilmiş, 12 qanun pozuntusu barədə xəbərdarlıq edilmişdir. Bələdiyyə mülkiyyətində olan torpaqların yeni kompleks elektron xəritələrinin hazırlanması işlərinə başlanılmış, ərazi dairələrinin xəritələrinin işlənməsi isə başa çatdırılmışdır. Püştətala, Talalar, Şambul kəndlərində elektron kadastr xəritələrinin hazırlanması işləri davam etdirilir. Hesabat ilində bələdiyyələr tərəfindən 210 nəfərə həyətyanı üçün   15 ha, sahibkarlıq fəaliyyəti üçün 14 nəfərə hərrac və müsabiqə yolu ilə 2966 m2 torpaq sahəsi satılmışdır.

           Şəhərin küçə və parklarında gül kolu, dekorativ və iynəyarpaqlı ağaclar əkilmiş, qulluq göstərilmişdir.

Hesabat ilində rayonun fermerləri Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında fəal iştirak etmiş və bu yarmarkalarda 108 ton müxtəlif növ meyvə və tərəvəz məhsullarının satışı təşkil edilmişdir.

Kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurlar 2 noyabr 2013-cü il tarixdə Heydər Əliyev parkında “Məhsul bolluğu” bayramı keçirilməklə qeyd olunmuş, rayonda istehsal olunan bütün növ kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi bayram tədbiri əhali tərəfindən böyük maraqla qarşılanmışdır.

          Hesabat ilində  rayonda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verməzdən əvvəl qeyd etmək istəyirəm ki, 2012-ci ildə  rayonda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə ziyan dəymiş fərdi yaşayış evlərinin siyahısının dəqiqləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər əsasən başa çatdırılmışdır.

Fövqəladə Hallar Nazirliyinin rayonda fəaliyyət göstərən müvafiq komissiyalarının  rəyinə əsasən 2012-ci ildə baş vermiş zəlzələlər  zamanı 842 evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilmiş, 2429 evdə bərpa-gücləndirmə işlərinin aparılmasının zəruriliyi qənaətinə gəlinmişdir. Qəzalı evlərdən 739 ev sökülərək yenidən tikilmiş, 103 evin tikintisi nəzərdə tutulmuşdur.

 “Bərpa-gücləndirmə” rəyi verilmiş 2287 nəfərə 10.999.000 manat kompensasiya pulu  rayon poçt filialı vasitəsilə ödənilmişdir.

Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 300 yerlik Qarahacılı kənd tam orta, 80 yerlik Püştətala kənd ibtidai məktəbləri, Katex 1 saylı uşaq bağçası və Gərəkli kəndində 8 mənzilli yaşayış evi tikilərək istifadəyə verilmişdir.

2013-cü ildə Nazirlər Kabineti tərəfindən Sarıbulaq, Qaysa, Şambul və Şərif kənd körpələr evi-uşaq bağçasının tikintisinə dair müvafiq qərar qəbul edilmiş və həmin kənd  bağçalarının tikintisinə başlanılmışdır.

          Hesabat dövründə məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində zəruri işlər görülmüş, ümumilikdə 1540 şagird yeri olan   Qaracabinə kənd ümumi orta, Hənifə, Qazma-2,  Qullar-2, Qazbinə, Şambul kənd tam orta məktəblərinin yeni binaları tikilərək şagirdlərin istifadəsinə verilmiş, 280 yerlik Talalar-2 saylı orta  məktəbin tikintisi üçün vəsait ayrılmışdır.

Heydər Əliyev  prospektində şəhər seyrəngahının, rayon Aqroservis filialının inzibati və anbar binasının, Təhsil şöbəsinin, məcburi köçkünlər üçün  çoxmənzilli yaşayış binasının, Kortala kəndində kənd həkim məntəqəsinin tikintiləri başa çatdırılaraq istifadəyə verilmişdir. “Balakən-1” su-elektrik stansiyasının tikintisində hazırda son tamamlama və abadlıq işləri aparılır.

Heydər Əliyev prospektinin və Səttar Gözəlov küçəsinin abadlaşdırılması  işləri başa çatdırılmış  prospektin yol qovşaqları,   sahibkarlıq obyektlərinin fasad hissələri və səkilər yenidən qurulmuşdur.

Heydər Əliyev prospekti, Ə.Ansuxski, R. Səmədov və N. Nərimanov  küçələrində yerləşən iki və beş mərtəbəli yaşayış evləri aqlayla üzlənmiş, Ə. Ansuxski, R. Səmədov, Gənclik, S. Gözəlov, N. Nərimanov, Z. Əliyeva  küçələrindəki çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasadlarının  aqlayla üzlənməsinə başlanmışdır.

Hesabat dövründə respublika və rayon əhəmiyyətli avtomobil yollarına xidmət göstərilmiş, respublika əhəmiyyətli yollarda 4895 m2,  yerli əhəmiyyətli yollarda 3541 m2  çala təmiri işləri görülmüşdür. Yol kənarlarında hərəkəti tənzimləyən nişanlar quraşdırılmış, yol elementləri təmir olunmuşdur. Şəhərin S. Gözəlov, Füzuli, A. Məmmədov, Qafqaz, M. Hüseynzadə küçələri və həmin küçələrin dalanları asfaltlanmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin 28 mart 2012-ci il tarixli “Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən 2012-ci ildə tikintisinə başlanan Balakən-Qazma-Darvazbinə avtomobil yolunun 3,5 km-i hesabat ilində tikilməklə 15 km-lik yol istifadəyə verilmişdir.  

Hesabat dövründə təhsil, səhiyyə və mədəniyyət müəssisələrində də təmir işləri aparılmış, Salban kənd ibtidai, Poşbinə 2 saylı ümumi, Kortala kənd tam orta məktəbləri, uşaq yaradıcılq mərkəzi, mərkəzi kitabxana, şəhər kitabxanası, Qaysa kənd mədəniyyət evi, Hənifə, Qullar və Sarıbulaq kənd həkim məntəqələri,  şəhər 2 saylı körpələr evi-uşaq bagçası təmir olunmuşdur.

Hesabat dövründə Balakənçay sistemində  600 m3  həcmində daş beton bənddə cari təmiri işləri görülmüş,  Mazımçay sistemində 240 p/m, İnterçayın Şərif kəndindən keçən hissəsində 481 p/m, Katexçayda  100 p/m, Balakənçay sisteminin Mahamalar kəndi ərazisində 100 p/m uzunluğunda daş-beton bənd, Qabaqçöl qəsəbəsində 237 p/m, Meşəşambul kəndi ərazisində kənd qəbirstanlığının mühafizəsi üçün 319 p/m qabion bənd tikilmişdir. Çay məcralarında 325 min m3  tənzimləmə, 28 km uzunluğunda kanal qazılaraq təmizləmə işləri aparılmış, 4 km uzunluğunda yeni kanallar qazılmışdır.

          Ötən dövr ərzində ümumi sahəsi 3280 m2  olan 21  fərdi yaşayış evi, ümumi sahəsi 913 m2 olan 9  xidmət və sahibkarlıq obyektləri tikilərək istifadəyə verilmişdir.

          Qeyd olunmalıdır ki, tikinti-quruculuq işlərinin əhatə dairəsi, həcmi kimi keyfiyyəti məsələlərinə  də ciddi fikir verilməlidir. Aparılan işlərin Şəhərsalma və Tikinti Məcəlləsinə, milli memarlıq  üslubuna, layihə sənədlərinə uyğunluğu təmin olunmalı, xüsusilə kənd yerlərində icazəsiz, özbaşına tikinti işlərinin aparılmasına yol verilməməlidir. Şəhərdə ictimai yerlər-park və bağlar, küçə və meydanlar,  kommunal binalar müasir üslubda təmir olunur və bu işlərə kifayət qədər dövlət vəsaiti xərclənir. Bunun müqabilində sakinlər abadlıq və yaşıllığı qorumalı, təmizliyə riayət etməlidirlər. Sahibkarlar fəaliyyət göstərdikləri ticarət, xidmət, sənaye və digər obyektlərinin təmir olunmasını, abad saxlanmasını təmin etməlidirlər. Təəssüf ki, bir çox obyekt sahibləri aparılan ümumi işlərə  qoşulmaq istəmir, şəhərin mərkəzi küçələrində yerləşən köhnə, təmirsiz, qış aylarında odun sobası ilə qızdırılan obyektlərdə fəaliyyət və xidmət göstərməkdə davam edirlər. Tikinti və memarlıq şöbəsi, İƏD üzrə nümayəndələr tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına diqqəti və tələbkarlığı artırmalıdırlar.

          2013-cü ildə sosial cəhətdən  az müdafiə olunan vətəndaşlara dövlət tərəfindən verilən ünvanlı sosial yardım proqramının icrası davam etdirilmiş, ünvanlı sosial yardımların verilməsində şəffaflıq təmin olunmaqla şikayətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. 1 yanvar  2014-cü il tarixə ünvanlı sosial yardım alan 1930 ailənin 8537 üzvü olmuş, 2012-ci illə müqayisədə ünvanlı sosial yardım təyin edilən ailələrin  sayı 431 ailə artmışdır. Hər nəfərə ödənilən orta aylıq yardım 27,93 manat təşkil etmiş və ya 2012-ci illə müqayisədə 2,33 manat artmışdır. İl ərzində 3103 nəfərə sosial müavinət, 273 nəfərə təqaüd ödənilmişdir.

 2013-cü ildə məcburi sosial sığorta haqlarının toplanması proqnozu 92 faiz yerinə yetirilmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə eyniyyət təşkil edir.  Hesabat dövrünün sonuna pensiyaçıların sayı 12415 nəfər,  aylıq pensiya tələbatı 1,8 milyon manat, orta aylıq pensiya məbləği 148,3 manat olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” 27 avqust 2013-cü il tarixli Sərəncamı rayon üzrə bütün əmək pensiyaçılarına şamil edilmişdir. Pensiya və müavinətlərin  əhaliyə vaxtında çatdırılması təmin edilmişdir.

2013-cü ildə imtiyazlı təbəqəyə aid olmaqla mənzilə ehtiyacı olan 3  nəfər Qarabağ müharibəsi əlili, 1 nəfər hərbi xidmət əlilinin  mənzil-məişət şəraiti araşdırılmış və növbəyə alınmışlar.  Hazırda imtiyazlı şəxslərin mənzil növbəsində 29 nəfər vardır.

Hesabat ilində işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsində peşə hazırlığının, ixtisasartırma kurslarının, haqqı ödənilən ictimai işlərin təşkili kimi aktiv məşğulluq tədbirləri diqqətdə saxlanılmışdır. Rayonda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə vakant iş yerləri haqqında məlumatlar toplanmış, işləməyən əhalinin uçotu aparılmışdır.

          İl ərzində məşğulluq mərkəzinə 457 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. 25 nəfər  haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 23 nəfərə “işsiz” statusu verilmişdir.          İşsiz əhalinin məşğulluğunun təmin edilməsində mühüm  tədbirlərdən  olan “Əmək yarmarkası” keçirilmiş, yarmarkaya 15 müəssisədən 116 boş iş yeri təqdim olunmuş, 40 nəfər işlə təmin edilmişdir.

Ötən dövr ərzində ümumilikdə 1365 iş yeri açılmış, onlardan 845-i daimi, 520 iş yeri isə mövsümi və müvəqqəti iş yerləridir.

          Əhalinin sosial müdafiəsinə əlavə təminat yaradan sığorta tədiyyələrinin toplanması sahəsində hesabat dövründə rayon əhalisinə 4 sığorta şirkətinin rayon nümayəndəlikləri vasitəsilə xidmət göstərilmişdir. 24 iyun 2011-ci ildə qəbul olunmuş “Daşınmaz əmlakın icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq daşınmaz əmlakın icbari sığortası üzrə vətəndaşlarla  250 müqavilə bağlanmış, 9 nəfərə 10496 manat sığorta ödənişi aparılmışdır. 2012-ci ildə bağlanmış müqavilələrin sayının 2517 olduğunu nəzərə   alsaq,  daşınmaz əmlakın icbari sığorta olunmasında 10 dəfəyə yaxın azalma olduğu aydın olur. Bu isə 2012-ci ildə rayonda baş vermiş zəlzələ və zərərçəkmişlərə ödənilən milyon manatlarla vəsaitin müqabilində daşınmaz əmlak sahiblərinin passiv, bütün problemlərini dövlətin üzərinə yükləmə mövqeyini əks etdirir. Qeyd olunan sahədə əhali arasında izahat və təbliğat işləri gücləndirilməlidir.

2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş tədbirlər planına uyğun olaraq əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində  Qazbinə və Püştətala elektron telefon stansiyaları üçün yeni bina tikilərək istifadəyə verilmiş, 6 stansiyada əsaslı təmir işləri aparılmışdır. Qazma və Meşəşambul kəndlərində yeni EATS və  xətt şəbəkəsi qurularaq telefon çəkilişi aparılmışdır. Əhalinin genişzolaqlı internetə olan tələbatı nəzərə alınmaqla 11 EATS-da DSLAM avadanlığı quraşdırılmış,  hesabat dövründə internet istifadəçilərinin sayı 2075 nəfər olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 735 nəfər çoxdur. 668 mənzilə telefon çəkilməsi üçün xətt şəbəkəsi qurulmuş və çəkilişə başlanmışdır. Rayonun tam telefonlaşdırılması üçün hesabat ilində layihələndirmə işləri aparılmışdır.

Hesabat ilində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən istehlakçılara faktiki qiymətlərlə 184,7 min manatlıq xidmət göstərilmişdir. Nəqliyyatın bütün növləri ilə 700 min ton və ya əvvəlki illə müqayisədə 58 min ton çox yük daşınmışdır. Əhaliyə 3,9 milyon manatlıq və ya 2012-ci ilə nisbətən 39 faiz  çox nəqliyyat xidməti göstərilmişdir.

2013-cü ildə rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 132 milyon manat olmuş, 2012-ci illə müqayisədə artım 4,5 faiz təşkil etmişdir. Ticarət dövriyyəsinin həcmində ərzaq mallarının xüsusi çəkisi 61,9 faiz, qeyri ərzaq mallarının xüsusi çəkisi 38,1 faiz təşkil etmişdir. Hesabat ilində əhaliyə göstərilən iaşə xidmətlərinin həcmi 2012-ci illə müqayisədə 6,8 faiz artaraq 3,3 milyon manat təşkil etmişdir.

          Hesabat ilində ən çox iş görülən sahələrdən biri də rayonun qazlaşdırılmasıdır. Ötən dövr ərzində 6880 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı 18250 nəfərə çatdırılmışdır. Beləliklə, rayonun 54 yaşayış məntəqəsinin qazlaşdırılması tam başa çatdırılmışdır. Qabaqçöl istiqamətində kəndlərin qaz təminatının yaxşılaşdırılması məqsədilə C. Cabbarlı küçəsindən 8 km məsafədə 200 mm-lik orta təzyiqli qaz xətti çəkilmiş, qaz paylayıcı məntəqə quraşdırılmışdır.

          Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində magistral və şəhər su xətlərinin 224 p/m-lik hissəsi dəyişdirilmiş, su xətlərində cari təmir işləri aparılmışdır. Rayonun kəndlərində (Sarıbulaq, Tülü, Yeni Şərif, Xalatala, Hənifə, İtitala, Qazma, Qaysa və Gərəkli) 10 artezian quyusu qazılmış, Sarıbulaq kəndində 700 p/m su xətti çəkilərək şəbəkə qurulmuş, Xalatala kəndində isə 2500 p/m məsafədə su xətti dəyişdirilərək plastik boru ilə əvəz edilmişdir.

          2013-cü ildə  rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün 98 ədəd transformator cari, 27 ədəd  transformator isə əsaslı təmir edilmişdir. 10 kv-luq hava xətlərinin əməliyyat yerlərində 10 ədəd RLND – 10 tipli xətt ayırıcıları quraşdırılmışdır. 10 kv-luq hava xətlərində 158 ədəd, 0,4 kv-luq hava xətlərində  53 ədəd dayaq basdırılmışdır. Rayon ərazisində 9 km məsafədə 0,4 kv-luq elektrik verilişi xətləri SİP kabellə əvəz edilmişdir.

Hesabat ilində payız-qış mövsümünə hazırlıqla bağlı istehlakçılara istilik xidməti göstərilməsi sahəsində qazanxanalarda zəruri təmir işləri aparılmışdır.

2013-cü ilində şəhərin H. Əliyev prospektində və Ə. Ansuxski küçəsində iki çoxmənzilli binanın və 2 saylı şəhər uşaq bağçasının məhəllədaxili və binadaxili istilik sistemi qurulmuş, iki qazanxana tikilərək istifadəyə verilmişdir.

Hesabat dövrü ərzində əhaliyə verilmiş  elektrik enerjisinin dəyəri 85,1 faiz,  içməli suyun dəyəri 100 faiz, təbii qazın dəyəri 88,2 faiz  ödənilmişdir.  Kommunal xidmət haqqlarının toplanması sahəsində əldə olunan nəticələrdə RİH başçısı yanında yaradılmış qərargahın fəaliyyəti qeyd olunmalıdır. Kommunal xidmətlərin dəyərinin ödənilməsində 2012-ci ilə nisbətən  artım müşahidə olunsa da bu yetərli deyildir və bu sahədə xidmət təşkilatları daha səylə işləməli, eyni zamanda, əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmalı, İHB yanında və yerlərdə yaradılmış qərargahlar isə  bu sahədə öz fəaliyyətlərini daha səmərəli qurmalıdırlar.

2013-2014-cü tədris ilinin başlanğıcında ümumtəhsil məktəblərində 11669 şagird məktəbə cəlb edilmiş, məktəblərdə onların təlim və tərbiyəsi üçün normal şərait yaradılmışdır.

Hesabat ilində təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi və məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə xeyli iş görülmüş, məktəblərdə aparılan təmir işləri vaxtında tamamlanmışdır. Təhsilin vacib  komponentlərindən birinə  çevrilmiş informasiya texnologiyalarının tətbiqi ilə bağlı 17 məktəb və rayon təhsil şöbəsi sürətli internet şəbəkəsinə qoşulmuşdur. Hazırda rayonun məktəblərində hər  19 nəfər şagirdə 1 kompüter düşür.

          Məktəb şagirdlərinin müxtəlif tədbir, yarış və müsabiqələrdə iştirakı təmin edilmiş, fənn Olimpiadalarının Respublika turunda iştirak edən 16 nəfər şagirddən 12 nəfəri I-IV yerləri tutaraq Təhsil Nazirliyi tərəfindən mükafatlandırılmışlar.

2012-2013-cü tədris ilində buraxılış imtahanlarında həm IX, həm də XI siniflərdə nəticələr əvvəlki illərlə müqayisədə yüksək olmuş, müvəffəqiyyət faizi XI siniflər üzrə 87,4 IX siniflər üzrə 67 faiz  təşkil etmişdir.

Cari ildə ümumtəhsil məktəblərinin XI sinfini 772 nəfər şagird bitirmişdir.  Məzunlarımızdan 6 nəfəri xüsusi nümunəli attestat və qızıl medala layiq görülmüşlər. 2012-ci ildə isə 2 nəfər məzun qızıl medala layiq görülmüşdü. Tam orta məktəb pilləsini bitirənlərin 338 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında güclərini sınamış,  cari tədris ilinin məzunlarından 215, ötən ilin məzunlarından 25 nəfəri tələbə adını qazanmışdır. 5 məzun 600-dən, 25 məzun isə 500-dən yuxarı bal toplayaraq tələbə adını qazanmışdır. Tələbə adını qazananların sayı əvvəlki ilə nisbətən 48 nəfər çox olmuşdur.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2013-cü il tarixli “2012-2013-cü tədris ilində  keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” Sərəncamı ilə rayonun qabaqcıl tədris müəssisələrindən biri olan Nizami adına şəhər 1 saylı tam orta məktəbi də qalib elan edilmiş və 10 min manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.

Hesabat dövründə ümumtəhsil məktəblərində və məktəbdənkənar uşaq tərbiyə müəssisələrində məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə müsabiqə, yarış və turnirlər keçirilmiş, bu tədbirlərdə əksər təlim-tərbiyə müəssisələrinin şagirdlərinin iştirakı təmin edilmişdir. Əvvəlki illərdə məktəblərin maddi-texniki  və tədris bazasının yaxşılaşdırılması istiqamətində aparılan işlər hesabat ilində də davam etdirilmiş, inventar, laboratoriya avadanlığı, dərslik və digər tədris vəsaitləri alınaraq məktəblərə paylanılmışdır.

Maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət  göstəricilərlə yanaşı, rayonun Meşəşambul, Bedağar, Poşbinə-2 saylı, Şambulbinə məktəblərinin bina şəraitinin yaxşılaşdırılmasına olan ehtiyac qeyd olunmalıdır.  Təhsilin səviyyəsini xarakterizə edən göstəricilər əvvəlki illərin göstəriciləri ilə müqayisədə yaxşılaşsa da həm məktəblərdə, həm də məktəbəqədər uşaq müəssisələrində təlim və tərbiyənin müasir dövrün standartlarına uyğun daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilməlidir.

          Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhslinin inkişafı üzrə Dövlət Strategiyası” təhsil sahəsində, təhsil işçiləri qarşısında daha böyük vəzifələr qoymuş, yaxın gələcəkdə ölkəmizin inkişafında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətlərini müəyyən etmişdir.

          Ötən dövrdə şöbəsi pedaqoji kollektivlərə rəhbərlik və nəzarəti təmin etmək məqsədilə rayonun bir sıra məktəblərində monitorinqlər aparılmış, nəticələr təhsilyanı şurada müzakirə edilməklə nöqsanlar məsul şəxslərin diqqətinə çatdırmışdır.

Hesabat dövründə əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi sahəsində rəqəmlərin təhlilindən görünür ki, 2013-cü ildə xəstəxanalara 3639 nəfər və ya 2012-ci ildəkindən  244 nəfər  çox  xəstə daxil olmuş və müalicə almışdır. Xəstəxanalara edilən müraciətlərin artmasına əvvəlki illərdə paytaxt və bölgə xəstəxanalarına üz tutan xəstələrin rayon xəstəxanasında müayinə və müalicəyə üstünlük verməsi səbəb olmuşdur. İl ərzində 692 cərrahiyyə əməliyyatı aparılmış,  1206 uşaq    doğulmuşdur. 1 yaşa qədər uşaq ölümü 2,2 promil təşkil etmişdir. Respublika üzrə isə bu göstərici 13 promildir.

İl ərzində 11597 xəstəyə təcili və təxirəsalınmaz yardım göstərilmiş, ötən illə müqayisədə yardım göstərilənlərin sayı 24 nəfər çox olmuşdur. Profilaktiki peyvəndlər 98-99 %  yerinə yetirilmişdir.                 

          Müvafiq dövr ərzində əhali arasında kütləvi qida zəhərlənməsi halları və xüsusi təhlükəli infeksiyalar qeydə alınmamış, qan xəstələrinin sayında artım olmamışdır.

Kənd yerlərində əhaliyə göstərilən səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün  kənd həkim  və tibb məntəqələrinin bina şəraitinin yaxşılaşdırılmasına ehtiyac vardır.

2013-cü ildə sanitar-sağlamlaşdırıcı tədbirlər çərçivəsində 1706 nəfər tibbi müayinələrə cəlb olunmuş,  gigiyenik qaydaları pozduğuna görə 7 nəfər 400 manat cərimə edilmişdir. 35 istehsal və ya xidmət müəssisəsinə 58 adda gigiyenik sertifikat alınmışdır.

Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri il ərzində yadda qalan mədəni-kütləvi tədbirlər keçirmiş, sair və yazıçıların yubileylərini qeyd etmişlər. Kitabxanalarda keçirilən tədbirlərlə əlaqədar kartotekalar və sərgilər təşkil edilmişdir.  MKS və onun filiallarında klub tipli mədəniyyət müəssisələrində H.Əliyevin 90 illiyinə həsr olunmuş kartotekalar, sərgilər yaradılmış, dəyirmi masalara, baxış müsabiqələri, musiqi festivalı, konsert proqramları təşkil olunmuşdur.

          Hesabat ilində rayona 21178 nəfər turist gəlmiş, onlardan 2121 nəfəri xarici turist olmuşdur. Keçən illə müqayisədə rayona gəlmiş turistlərin sayı 2197 nəfər artmış, rayonun turizm potensialını əks etdirən sayt (“balaken-mct.webs.com”) fəaliyyət  göstərmişdir.

Heydər Əliyev Mərkəzində il ərzində 846 eksponat nümayiş etdirilmiş, Mərkəzə il ərzində 7046 ziyarətçi gəlmişdir.

2013-ci ildə  Heydər Əliyev Mərkəzində əlamətdar və tarixi günlər, şair və yazıçıların yubileyləri, sərgilər təşkil edilmiş, dəyirmi masa, konfrans, disput, görüş, və kitab müzakirələri keçirilmişdir. Yetişməkdə olan gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda formalaşması məqsədilə H.Əliyev Mərkəzində xüsusi dərslərin keçirilməsi, Azərbaycanın müasir tarixinin öyrənilməsi, istiqamətində müvafiq tədbirlər görülmüş, H.Əliyev Mərkəzində acıq dərslərin keçirilməsi təşkil olunmuşdur. Heydər Əliyev Mərkəzində yaradılmış ”Sənətkarlar evi”ndə  rəsm, foto studiya, rəqs, toxuculuq, gənc dizaynerlər, kulinariya məktəbi və başqa dərnəklər fəaliyyət göstərmiş, Mərkəzin  inventar və avadanlığı yenilənmişdir.

          Heydər Əliyev Mərkəzində İRBİS-64 avtomatlaşdırılmış kitabxana informasiya sistemi quraşdırılaraq elektron kitabxana yaradılmışdır.

           Tarix-diyarşünaslıq muzeyində il ərzində 175 eksponat əldə edilmiş, eksponatların sayı 4585 ədədə çatdırılmışdır. Muzeyə il ərzində 2675 ziyarətçi gəlmiş, burada 49  saat tarix dərsi keçirilmişdir.

           Rayon ərazisində mövcud olan tarixi abidələrdən 48-ü dövlət qeydiyyatına alınmış, onlara qoruyucu lövhələr vurulmuşdur. Dövlət qeydiyyatına alınmış abidələrdən 2-si ölkə əhəmiyyətli memarlıq, 7-si arxeoloji, qalanı yerli əhəmiyyətli abidələrdir. Hesabat ilində ölkə əhəmiyyətli tarixi abidə olan Minarəli məsciddə xeyriyyəçi iş adamları tərəfindən istilik sistemi qurulmuş, inventar və avadanlıq alınmışdır.

Hesabat dövründə müasir standartlara cavab Mədəniyyət Mərkəzinin  istifadəyə verilməsi əhalinin  istirahətinin və asudə vaxtının təşkilinə əhəmiyyətli töhfə olmaqla mədəniyyət sahəsinə dövlət qayğısının  gözəl bir nümunəsidir.

Qeyd olunmalıdır ki, rayonun mədəni irsinin ayrılmaz parçası olan ölkə və yerli əhəmiyyətli tarixi abidələrin təmir və restavrasiya olunmasına ciddi ehtiyac vardır və bu məqsədlə 2014-2018 –ci illəri əhatə edəcək üçüncü dövlət proqramına daxil edilmək üçün təkliflər verilmişdir. Tarixi abidələr yerli bələdiyyələrin balansında olduğu üçün onların təmizlənməsi və qorunması istiqamətində bələdiyyələr tərəfindən müntəzəm tədbirlər görülməlidir.

Hesabat ilində gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılmaları, asudə vaxtın səmərəli təşkili, istedadlı gənclərlə iş, hərbi vətənpərvərlik tərbiyəsi sahəsində məqsədəyönlü iş aparılmış, müxtəlif mövzulu çox sayda tədbir təşkil olunmuşdur.

2013-ci  ildə  idmanın daha da kütləviləşdirilməsi məqsədilə müxtəlif idman növləri üzrə 48 rayon birinciliyi və turniri keçirilmişdir. Keçirilən rayon səviyyəli yarışlara 5406 idmançı cəlb edilmiş, 42 respublika səviyyəli yarışda 353   idmançının iştirakı təmin  edilmişdir. Həmin yarışlarda idmançılar 16 dəfə I yeri, 12 dəfə II yeri və 16 dəfə III yeri tutmuşlar.

İdmançılarımızdan Rasul Çunayev respublika yığma komandasının tərkibində beynəlxalq səviyyəli yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş, 3 dəfə I yeri, 1 dəfə 3-cü yeri tutmuşdur. Hacımurad Bağmanov və Abbas Abdullayev isə ölkəmizə güləş üzrə Avropa çempionatının gümüş mükafatını gətirməyi bacarmışlar.

          2013-cü ilin yekunlarına görə həmyerlimiz, respublikanın əməkdar məşqçisi İsmayıl Çöpsiyev «İlin ən yaxşı məşqçisi” adına layiq görülmüşdür.

2013-cü ildə rayon Olimpiya İdman Kompleksində idmanın 7 növü üzrə (futbol, sərbəst güləş, cudo, boks, kikboksinq, kyokşin-kay, uşu) bölmələr  fəaliyyət göstərmiş, ümumilikdə məşğul olanların sayı 340 nəfərdən çox olmuşdur.

Ötən dövrdə Olimpiya İdman Kompleksində 12 respublika, 31 rayon səviyyəli yarış təşkil olunmuşdur. Keçirilən respublika səviyyəli yarışlarda Balakən Olimpiya İdman Kompleksinin komandalarını təmsil edən 150 idmançının iştirakı təmin edilmiş və idmançılardan 44 nəfəri mükafata layiq yerləri tutmuşlar.

Rayonda qeydə alınan 16 siyasi partiya, 22 qeyri hökumət təşkilatı və ictimai birlik hesabat dövründə qanunvericiliyə uyğun  fəaliyyət göstərmiş, 5 partiyanın rayon təşkilatı qərargahla təmin olunmuşdur.

          Yeni Azərbaycan Partiyasının rayon təşkilatının boy artımı hesabat ilində də davam etmiş, partiya sıralarına il ərzində 215 nəfər qəbul edilərək üzvlərin sayı 4387 nəfərə çatdırılmışdır, Rayon təşkilatı 2013-cü ildə ölkədə keçirilən Prezident seçkiləri zamanı YAP-nın Prezident seçkilərində Fəaliyyət Proqramına uyğun olaraq öz işini qurmuş, seçkilər seçicilərin yüksək fəallığı ilə keçirilmişdir.   

 Prezident seçkilərində balakənli seçicilər düzgün seçim etmiş, seçicilərin 83,2  faizi iqtidar partiyası olan YAP-nın prezidentliyə namizədi cənab  İlham Əliyevə  səs vermişdir.          Ötən dövr ərzində rayonda fəaliyyət göstərən müxalifət partiyalarının fəaliyyəti  demək olar ki, hiss olunmamışdır.

İl ərzində qeyri hökumət təşkilatları  tərəfindən 8  tədbir keçirilmiş, rayonda keçirilən bütün rəsmi dövlət tədbirlərinə QHT rəhbərləri dəvət olunmuşlar.

 Hesabat dövründə rayonda dini fəaliyyətin «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsi nəzarətdə saxlanılmışdır. Rayonda qanuna zidd dini təriqətlərdən yalnız vəhabi təriqəti mövcuddur. Hesabat ilində qanunazidd, neqativ halların və xarici missionerlərin fəaliyyətinin qarşısının alınması məqsədi ilə hüquq-mühafizə orqanları ilə birgə 3 dəfə reyd keçirilmiş, qeyri-qanuni yolla dini ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa materialların xüsusi icazə olmadan satılması və saxlanılmasının qarşısı alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının məruzə və nitqlərində, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərin, sosial- iqtisadi inkişaf və həyata keçirilən geniş miqyaslı layihələr haqqında məlumatların dolğun və düzgün şəkildə əhaliyə çatdırılması məqsədilə yaradılan təbliğat qrupları  tərəfindən 2013-cü ildə əhalinin müxtəlif təbəqələri ilə 96 görüş keçirilmişdir. Təbliğat qruplarının yerlərdə keçirdikləri görüşlər haqqında məlumatlar ümumiləşdirilərək  hər ayın sonunda Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı analitik informasiya sisteminə göndərilmişdir.

Hesabat ilində rayonda keçirilən bütün tədbirlərdə milli azlıqların adət-ənənələri və mədəniyyəti təbliğ olunur. Milli azlıqların  “Cahan” və  “Nənələr” folklor qrupunun, “Təbəssüm” və “Şəlalə” rəqs qruplarının çıxışları respublikanın müxtəlif televiziya kanalları vasitəsilə yayımlanmışdır. Milli azlıqların sıx yaşadıqları kəndlərin sosial-iqtisadi problemlərinin həlli diqqət mərkəzində saxlanılmış, səyyar-görüş və qəbullarda əhali tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzərə alınmış, həll edilmiş, həlli mümkün olmayan problemlər isə gələcəkdə həll olunması üçün tədbirlər planına daxil edilmişdir.

Rayon İcra Hakimiyyətinin orqanı olan “Balakən” qəzeti ayda 2 dəfə 1000 nüsxə ilə nəşr olunur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin regionlarda, xüsusən rayonumuzda sosial-iqtisadi inkişafın konkret nəticələrinin dolğun işıqlandırılmasında, milli-mənəvi dəyərlərin təbliğ olunmasında yerli  qəzetin  imkanlarından geniş istifadə olunur.

Hesabat dövründə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahәsində müntəzəm iş aparılmış, çağırışçılar ruh yüksəkliyi ilə həqiqi hərbi xidmətə yola salınmış, ordu sıralarından tərxis olunanlar isə hərbi mükəlləfiyyətli kimi qeydə alınmışdır.

2013-cü ildə rayonda  218  cinayət hadisəsi qeydə alınmış, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı 86 fakt çox olmuşdur. Baş vermiş cinayətlərin 94,8 faizinin açılması təmin edilmişdir.

Hesabat dövründə narkotiklərlə bağlı 51 cinayət faktı aşkar olunmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 14 fakt artmışdır.

Ötən dövr ərzində 15 yol-nəqliyyat hadisəsi baş vermiş, 2012-ci ilin müvafiq dövrü ilə  müqayisədə hadisələrin sayı 5 fakt, ölənlərin sayı 2 nəfər, xəsarət alanların sayı isə 9 nəfər azalmışdır. Hesabat ilində yol-nəqliyyat hadisələrinin sayı əvvəlki ilə nisbətən azalsa da təəssüflə qeyd olunmalıdır ki, bunu baş vermiş ümumi cinayətlərə və narkotiklərlə bağlı cinayətlərə şamil etmək mümkün deyildir.

2013-cü ildə rayonda qeydə alınan 31 yanğın hadisəsindən 7-i yaşayış evlərində baş vermiş, 2012-ci ilə nisbətən hadisələrin sayı 17 ədəd, yanmış yaşayış evlərinin sayı 7 ədəd azalmış, vətəndaşlara 35423 manat maddi ziyan dəymişdir.

Hesabat dövründə bələdiyyələr mövcud sosial-iqtisadi problemlərin və yerli əhəmiyyətli məsələlərin həll olunması, abadlıq və quruculuq işlərinin aparılması sahəsində öz fəaliyyətlərini əvvəlki illərə nisbətən gücləndirmişlər. Bələdiyyələr tərəfindən “Bir bələdiyyə-azı bir layihə” çərçivəsində  rayonun kəndlərində 72 km uzunluğunda kəndarası yollara qum-çınqıl döşənərək qreyderlə hamarlanmış, kəndarası yollarda 2,5 km asfalt örtük  təmir edilmiş, 10,6 km uzunluğunda su kanalları və arxlar qazılmış,  sosial obyektlərdə və inzibati binalarda cari təmir işləri aparılmış, 8 artezian quyusu və 2 körpü təmir edilmişdir.

Hesabat ilində Əlaqələndirmə Şurasının 12 iclası keçirilmiş, iclaslarda 18 məsələ müzakirə olunmuşdur. Təhlillər göstərir ki, ötən dövr ərzində Şuranın fəaliyyəti qənaətbəxş olmamışdır. Əlaqələndirmə Şurasının səmərəli fəaliyyətinin təşkili məqsədilə iclaslarda vətəndaşların təklif və iradları öyrənilməli və nəzərə alınmalı, insanları narahat edən məsələlərə birlikdə və operativ baxılmalıdır.

Bələdiyyə torpaqlarından və mülkiyyətində olan əmlaklardan qanunvericiliyə uyğun istifadə olunur. Rayon üzrə bələdiyyələrin 8388 ha torpaq sahələri vardır. Onun 661 hektarı perspektiv inkişaf, 506 hektarı ehtiyat fondu torpaqlarıdır. Bələdiyyənin torpaqlarından 1105 hektarı əkin yerləridir. Əkin yerlərinin 1058 hektarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün, qalan sahələrdən ot istehsalı üçün istifadə olunmuşdur. Bələdiyyələrin mülkiyyətində olan əmlakın satışı olmamış və təyinatı üzrə istifadə olunur.

Cari ilin yanvar ayında təsdiq olunmuş qrafikə uyğun olaraq rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə  nümayəndələrinin hesabat yığıncaqları keçirilmişdir. 1 şəhər, 1 qəsəbə və 18 kənddə keçirilən hesabat yığıncaqlarında 107 nəfər çıxış etmiş, çıxış edənlər tərəfindən 5 tənqidi qeyd, 78 təklif səslənmişdir. Tənqidi qeydlər əsasən işıq təsərrüfatının ünvanına söylənilmiş, sahilbərkitmə işlərinin yetərincə aparılmaması səbəbindən əkin sahələrinin və ev təsərrüfatlarının təhlükəyə məruz qalması, sərhəd zolağına yaxın yerləşdiyi üçün əkin sahələrindən istifadə edilməsində əngəllər yaranması barədə olmuşdur.

Təkliflər içərisində kəndlərdə artezian quyularının qazılması və kənd su şəbəkələrinin yaradılması üstünlük təşkil etmiş, yolların təmiri, uşaq bağçalarının təmiri və yenilərinin açılması, qrunt və yağış sularının axıdılması üçün kanalların qazılması və suötürücü boruların qoyulması, telefon xətlərinin çəkilməsi və s. barədə olmuşdur. Hesabat yığıncağında səsləndirilmiş təkliflər ümumiləşdirilmiş, rayonun imkanları çərçivəsində həlli mümkün olan təklif və tənqidi qeydlərin həlli məqsədilə tədbirlər planı hazırlanmışdır. Digər təklif və tənqidi qeydlərin həlli üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacaqdır.

2013-ci ildə RİH başçısı yanında Şuranın 20 yığıncağı keçirilmiş, yığıncaqlarda sosial-iqtisadi həyatın müxtəlif sahələrini əhatə edən 39 məsələ müzakirə olunmuşdur.

Hesabat dövründə vətəndaş müraciətlərinə baxılması və qəbulun təşkilinə xüsusi diqqət yetirilmişdir. RİH-nin müvafiq şöbələri tərəfindən yerli icra orqanlarında, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, müraciətlərinə baxılmasının vəziyyəti vaxtaşırı öyrənilir, bu sahədə onlara əməli köməklik göstərilir və işin yaxşılaşdırılmasına yönəldilən tədbirlər həyata keçirilir. 2013-cü  ildə rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclaslarında 3 dəfə, aparat və şöbələrin yığıncaqlarında isə 2 dəfə vətəndaş müraciətlərinə baxılmasının vəziyyətinə dair məsələlər müzakirə olunmuş, müvafiq tövsiyyələr qəbul edilmişdir. Rayon rəhbərliyi tərəfindən müntəzəm olaraq qəsəbə və kəndlərdə əhali ilə səyyar qəbul-görüşlər keçirilir. Bu görüşlərdə  yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının perspektivləri, mövcud olan yerli problemlər öyrənilir və  həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Hesabat ilində rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan 1950  ərizə və məktub daxil olmuş, icra başçısı tərəfindən 1417  nəfər (o cümlədən, səyyar qəbullarda 270 nəfər)  vətəndaş qəbul edilmişdir. Əvvəlki illə müqayisədə vətəndaşlardan daxil olan müraciətlər 744  ədəd artmışdır. Son 5 il ərzində rayon icra hakimiyyətinə daxil olan vətəndaş müraciətlərinin dinamikasından görünür ki, rayon icra hakimiyyətinə daxil olan  müraciətlər artmışdır. Bu isə vətəndaşların rayon icra hakimiyyətinə inamının artdığını göstərir. RİH-nə daxil olan hər bir müraciətə böyük diqqət və həssaslıqla yanaşılmış, qanuni tələblərin icrası üçün maksimum köməklik göstərilmişdir.

Daxil olan ərizə və məktubların 98,9 faizinə, yəni 1930 müraciətə bilavasitə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən baxılmış, nəticələri barədə vətəndaşlara məlumat verilməsi təmin edilmişdir.

          2013-cü ildə daxil olan yazılı və şifahi müraciətlər əsasında 214 nəfər vətəndaşa  işlə təmin olunması, evlərin tikintisi və təmiri, imkansız  xəstələrin müayinə  və  müalicəsi, müxtəlif sosial-məişət problemlərinin həlli məsələlərində maddi və material yardımları göstərilmiş, 242 ərizə və müraciət  müsbət həll olunmuşdur.

          İl ərzində qeydə alınan 1950  müraciətdən 20-ni təklif, 1793-nü ərizə və yalnız 137-nü şikayət məktubları  təşkil etmişdir.

          2013-cü ildə rayon icra hakimiyyəti başçısı aparatına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 1006 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da bütün müraciətlərin 51,5 faizini təşkil edir.

          Rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan daxil olan 1950  ərizə və şikayətlərdən 242-si müsbət həll olunmuş, 113-ü qismən həll edilmiş,  1351 müraciətə dair müvafiq izahat verilmiş, 62  müraciət  əsassız hesab edilmişdir, 20  müraciət isə baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmişdir.

          Daxil olan təkliflər su-kanalizasiya təchizatı, küçə və yolların asfaltlaşdırılması, artezianların qazılması, məktəb tikintisi, kommunal mənzillərin dam örtüyünün təmiri və həyətlərin abadlaşdırılması, sel və daşqınlardan mühafizə,  elektrik xətlərində təmir-bərpa işlərinin aparılması və s. məsələlərə aid olmaqla əksəriyyəti  müsbət həll edilmişdir.

          Rayon icra hakimiyyətinin başçısı tərəfindən 2013-cü  ildə kənd və qəsəbələrdə müntəzəm olaraq səyyar qəbullar keçirilmiş, kiçik və ucqar kəndlər əhatə olunmaqla görüşlərin əhatə dairəsi daha da  genişləndirilmişdir. Kənd və qəsəbələrdə keçirilən 43 səyyar qəbul-görüşlərdə 4827 nəfər iştirak etmiş, 270 nəfər vətəndaş çıxış edərək 228 təklif və tənqidi qeydlər söyləmişdir.       Vətəndaşlar tərəfindən söylənilən təkliflərdən 79,3 faizi (181-ı) icra olunmuş, digər təkliflərin cari və növbəti illərdə perspektiv vəzifələr sırasında icrası nəzarətdə saxlanılır.   

          Ötən ildə rayon icra hakimiyyəti başçısı aparatına daxil olan vətəndaş müraciətlərinin məzmununa görə təhlilindən görünür ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasına  yardım, iş tələbi, ünvanlı sosial yardım tələbi, mənzil tələbi və tikintisi,  maddi yardım və məişət problemlərinin həllinə köməklik,  sahibkarlığın inkişafı, enerji, qaz  təchizatı məsələləri barədə müraciətlər çoxluq təşkil edir. Qeyd edilməlidir ki, 2012-ci ildə bölgədə baş verən zəlzələlər nəticəsində bəzi ictimai bina və tikililərin, xüsusilə vətəndaşlara məxsus  fərdi yaşayış binalarının zədələnməsi, qəzalı vəziyyətə düşməsi  vətəndaş müraciətlərinin artmasına ciddi təsir göstərmişdir. Rayon icra hakimiyyətinə zəlzələnin törətdiyi fəsadlara dair 1029 ədəd ( müraciətlərin 52,8 %-i), o cümlədən, Prezident Administrasiyasından 752 ədəd (müraciətlərin 38,6 %-i) vətəndaş müraciəti daxil olmüşdur.

Rayonun abadlaşdırılması, yolların asfaltlaşdırılması, kommunal evlərin təmiri, dam ötüklərinin dəyişdirilməsi və digər sosial problemlərin həll edilməsində vətəndaşların rəy və təkliflərinin nəzərə alınması əhali tərəfindən minnətdarlıqla qarşılanır.     

Dövlət qulluğunda çalışan kadrların tərkibinin yaxşılaşdırılması, gənc və perspektivli kadrların seçilib irəli çəkilməsi kadr siyasətinin başlıca şərtidir. Bu şərtlər gözlənilməklə hesabat dövründə RİHB aparatında «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin və «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət qulluqçularının tərkibi müvafiq ali ixtisas tələblərinə cavab verən gənc və perspektivli yeni kadrlar hesabına möhkəmləndirilmişdir.   Dövlət qulluğunda rəhbər vəzifələrin tutulması üçün 35 nəfər ehtiyat kadrlar bazasına daxil edilmişlər. Sistemli aparılan tədbirlər nəticəsində inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə dövlət qulluğunun inzibati vəzifələrinə 14 nəfər, RIHB aparatına  2 nəfər yeni kadr işə qəbul olunmuş, aparat üzrə orta yaş həddi son iki ildə azalaraq 46-dan 43-ə enmişdir. Yeni təyin olunan kadrlar ali təhsilli  olmaqla müvafiq iş təcrübəsinə, tutduqları vəzifələrə uyğun ixtisaslara malikdirlər.

Hesabat ilində  RİHB aparatında və ərazi nümayəndəliklərində kargüzarlığın və sənədlərlə aparılan işlərin təşkili məsələləri diqqət mərkəzində saxlanılmışdır. Rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların  qəbulu, problemlərinin həllinə qayğı və köməkliklərin göstərilməsində  nümayəndələrə tələbkarlıq artırılmışdır. Hesabat dövründə 4 İƏD üzrə nümayəndəlikdə vətəndaş müraciətlərinə baxılması və kargüzarlıq işlərinin aparılmasının vəziyyəti təhlil olunmuş, RİHB yanında Şura yığıncaqlarında müzakirəyə çıxarılmışdır. İl ərzində  İƏD üzrə nümayəndəliklərinə  vətəndaşlardan 2212 yazılı müraciət daxil olmuş, 2534 nəfər vətəndaş qəbul edilmişdir.

2013-cü ildə rayon icra hakimiyyəti başçısı aparatında sənədlərin dövriyyəsi  yüksək olmuşdur. Belə ki, ötən ildə rayon icra hakimiyyəti başçısı aparatına 980  xidməti sənəd daxil olmuş, rayon icra hakimiyyəti  başçısı aparatından respublikanın dövlət hakimiyyəti orqanlarına və digər qurumlara, həmçinin rayon təşkilatlarına cəmi 2871  sənəd göndərilmişdir.            

Rayon icra hakimiyyətində, idarə və təşkilatlarda, yerli inzibati ərazi nümayəndəliklərində informasiya texnologiyalarından  geniş istifadə edilir. Rayon İHB aparatı, idarə və təşkilatlar, inzibati ərazi nümayəndəlikləri geniş zolaqlı sürətli internet şəbəkəsinə qoşulmaqla informasiyanın əldə edilməsi və mübadiləsində  müasir imkanlardan səmərəli istifadə edirlər.    

Nazirlər Kabinetinin 2013-cü ilin  yekunlarına  dair hesabat müşavirəsində ölkə prezidenti cənab İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmidi və bütovlükdə İKT sahəsinin inkişafına böyük diqqət yetirildi. Cari il isə ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə böyük diqqət yetirilməlidir. Yeni sənaye müəssisələrinin açılması, ixrac yönümlü sənaye məhsullarının istehsalı ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir. Ölkə başçısı eyni zamanda vurğuladı ki, cari ildə üçüncü Regional İnkişaf Proqramı qəbul ediləcəkdir. 2014-cü ildə kənd təsərrüfatı inkişaf etdirilməli, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması prosesi getməlidir.  Su və kanalizasiya layihələrinin icrası, kənd yollarının, sosial obyektlərin tikintisi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə  və digər tədbirlərimizi davam etdirməli, makroiqtisadi sabitliyə nail olmalıyıq.

Rayonumuz kənd təsərrüfatı rayonudur və ölkə başçısının ərzaq təhlükəsizliyinin təmin olunması, sənayenin  inkişafı    ilə bağlı  verdiyi tapşırıqlar qarşımıza yeni vəzifələr qoyur. Qeyd etməliyəm ki, Nazirlər Kabinetində keçirilən iclasda ölkə Prezidenti qeyri-neft sektorunun, o cümlədən, kənd təsərrüfatının inkişaf  perspektivlərini ətraflı təhlil etmişdi. İclasdan qısa müddət sonra, 16 yanvar 2014-cü  ildə cənab Prezident “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. Sərəncamda kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış  bazarlarına çıxış imkanlarının genişləndirilməsi, satış yarmarkalarının daha səmərəli təşkili, baytarlıq-sanitariya və sanitar-epidemioloji tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılması, “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsinin yaradılmasının dəstəklənməsi barədə yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar verilmişdir. Biz məhsul istehsalının artırılmasını şərtləndirən tədbirlərlə yanaşı, verilən tapşırıqların icrası istiqamətində də fəaliyyətimizi qurmalıyıq.

2012-2013-cü illərdə aqrar sahənin inkişafında müəyyən etdiyimiz hədəflərə nail olduq. İqtisadi göstəricilərimiz artdı. “Məhsul bolluğu ” bayramını qeyd etdik. Lakin bu nailiyyət heç kimdə arxayınlıq yaratmamalıdır. Kənd təsərrüfatının texniki və maliyyə təminatının yaxşılaşdırılması istiqamətində konkret layihələr işləyib hazırlamalı və həyata keçirməliyik. Ölkə başçısının iri təsərrüfatların, kooperativlərin yaradılması istiqamətində verdiyi tapşırıqlar kənd təsərrüfatı mütəxəssisləri və fermerlərlə birlikdə təhlil olunmalı və icrası istiqamətində bütün tədbirlər görülməlidir. Hesab edirəm ki, Katex kəndində  4,5 min tonluq soyuducu kameraların istifadəyə verilməsi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına stimul verəcəkdir.

Başladığımız abadlıq işlərini cari ildə də davam etdirəcəyik. Şəhidlərin uyuduğu məkan-“Şəhidlər xiyabanı” yenidən qurulacaq, “Soyqırım bağı”nın tikintisi I rübün sonunadək başa çatdırılacaqdır. Şəhərin ümumi arxitekturasının daha müasir və yeni üslubda dəyişdirilməsinə çalışırıq. Çoxmənzilli kommunal binaların fasadının və dam örtüklərinin təmiri davam etdiriləcək, şəhər küçələri asfaltlanacaqdır. Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolu, Talalar 2 saylı kənd tam orta məktəbi,   3 uşaq bağçası tikilərək istifadəyə veriləcək, bir uşaq bağçası isə əsaslı təmir ediləcəkdir. Qabaqçöl qəsəbəsində abadlıq-quruculuq işləri aparılacaqdır.

Cari ildə enerji təchizatı sahəsində yeni güc - “Balakən-1” kiçik su-elektrik stansiyası istifadəyə veriləcək, içməli su və kanalizasiya sisteminin tikintisi, elektrik xətt təsərrüfatının yenidən qurulması, telefonlaşma, yüksək sürətli internet istifadəçilərinin sayının artırılması, bələdiyyələrin vəsaiti hesabına kənd yollarının tikintisi sahəsində yeni layihələrin icrasına başlanılacaqdır. Bundan əlavə yerli büdcə vəsaitləri və investisiya hesabına təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, uşaq bağçalarında yenidənqurma və təmir işlərinin aparılması nəzərdə tutulur. Bu da bizə  deməyə əsas verir ki, Balakən cari ilin sonuna daha gözəl və abad mənzərə alacaqdır.

Keçidlər