Hesabatlar
2020-ci il üzrə hesabat
Balakən rayonu üzrə 2020-ci ildə sosial-iqtisadi sahədə görülən işlərə dair
Hesabat
13 yanvar 2020-ci ildə ölkə prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilmişdir. Müşavirədə çıxış edən cənab Prezident bildirmişdir ki, 2019-cu ildə qarşıya qoyulan vəzifələr icra edilmiş, həm siyasi və iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə ounmuş, ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, kənd təsərrüfatı 7,0 faiz artmış, 4 milyon 200 mindən çox insanın maddi vəziyyətini yaxşılaşdıran pensiyalar, əməkhaqları, müavinətlər artırılmaqla çox ciddi və böyük sosial paket reallaşdırılmışdır.
Hesabatını verdiyimiz 2020-ci ildə rayonun əsas sosial-iqtisadi göstəriciləri yüksəlmiş, ümumi məhsul buraxılışı 226,0 milyon manat təşkil etmiş, 2019-cu illə müqayisədə artım 1,2 faiz olmuşdur. Hesabat dövründə 79,0 milyon manatlıq kənd təsərrüfatı məhsulu, 48,2 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 16,6 milyon manat dəyərində tikinti işləri görülmüşdür. 2019-cu illə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 8,2 faiz, ödənişli xidmətlərin həcmi 1,0 faiz, pərakəndə əmtəə dövriyyəsi 3,0 faiz artmış, ümumi məhsul buraxılışının rayon əhalisinin hər nəfərinə düşən həcmi 2283 manat olmuşdur. Kənd təsərrüfatında istehsal olunan məhsulun 53,0 faizi bitkiçilik, 47,0 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür. Rayonun sənaye müəssisələri tərəfindən istehsal olunan 20 milyon manatlıq quru meyvə və tərəvəz ixrac olunmuşdur.
Ötən dövr ərzində özəl sektorun maliyyə təminatının yaxşılaşdırılması sahəsində Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına sahibkarlara 3 layihə üzrə 4540,0 min manat kredit verilmişdir.
2020-ci ildə dövlətin aqrar siyasətinə uyğun olaraq kənd təsərüfatının inkişaf etdirilməsi, bu sahədə Dövlət proqramlarının icrası, məhsul istehsalının artırılması, fermerlərə və torpaq mülkiyyətçilərinə təsərrüfatların qurulmasına köməklik göstərilməsi, onların texnikaya, mineral gübrələrə, toxuma, dərman preparatlarına olan tələbatının güzəştlə ödənilməsi və əkin sahələrinə, çoxillik əkmələrə, məhsul istehsalına görə və eləcə də digər növ subsidiyaların verilməsi, dövlət dəstəyinin göstərilməsi, məhsul satışına köməklik göstərilməsi, fermerlərin qeydiyyata alınması, bəyanların qəbul edilməsi, aqrar sahədə “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin tətbiq edilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Rayonda 2020-ci hesabat ilində əkin altında 15542 hektar torpaq sahələri olmuşdur. Onun 1449 hektarı payızlıqlar (1443,1 ha taxıl, 56 ha xəsil, 6 ha raps) və 12173,0 hektarı isə yazlıq əkinlərdir. Yazlıq əkinlərin 1943 ha tərəvəz, 341 ha bostan, 607 ha kartof, 166 ha lobya, 7515 ha qarğıdalı, 1176 ha yonca və 425 ha tütün sahələri olmuşdur. 2020-ci ildə taxıl biçini optimal müddətdə başa çatdırılmış, kombaylara olan tələbat ödənilmiş və təsərrüfatlarda 4190 ton məhsul istehsal edilmişdir. Məhsuldarlıq göstəricisi isə 29 sentner olmuş, bu da əvvəlki ilə nisbətən 0,8% coxdur. İstehsal olunmuş taxılın 2580,8 tonu buğda, 1597,2 tonu arpa və 12 tonu rapsdır.
Hesabat dövründə iqtisadiyyatın əhəmiyyətli sahələrindən olan baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişaf etdirilməsi və bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər aparılmış, bələdiyyə, dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin səmərəli istifadə edilməsi üçün tədbirlər görülmüşdür. İlin əvvəlindən etibarən barama, tütün istehsal edəcək, eləcə də, yeni fındıq bağları salacaq istehsalçılar müəyyən edilmiş, əkin sahələri seçilmiş, sahələrdə nəzərdə tutulan əkinlərin aparılması təmin olunmuşdur.
Ötən ildə rayonda 1300 qutu ipəkqurdunun kümçülərə paylanılması və 53,0 ton barama istehsal edilməsi nəzərdə tutulmuşdur. Baramaçılığın inkişaf etdirilməsi və onun yem bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq işlər görülmüş, Çindən gətirilən və yerli çəkil ağaclarına xidmət göstərilmiş, məhsuldarlığın artırılması üçün tədbirlər görülmüşdür. İpəkqurdunun rayonda dirildilməsi üçün Baş Baramaqurutmaxanada inqubasiya otaqları təmir edilmiş, dizenfeksiya işləri aparılmış, elektirik xətləri bərpa edilmiş və 1300 qutu ipəkqurdunun 349 kümçüyə verilməsi təşkil olunmuşdur. Barama istehsalı sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün rayon İcra Hakimiyyətində yaradılmış komissiya ilə birgə lazimi tədbirlər həyata keçirilmişdir. Nəticədə, kümçülər tərəfindən 31,2 ton barama istehsal edilərək “Şəki İpək” ASC-yə təhvil verilməsi təmin olunmuşdur. Qeyd olunmalıdır ki, ötən ildə barama istehsalı proqnozu yerinə yetirilməmiş, ipəkqurdunun bəslənməsi dövründə sarılıq və digər xəstəliklər müşahidə olunmuş, bu da istehsala öz təsirini göstərmişdir. Bəzi kümçülər tərəfindən ipəkqurdunun bəslənməsinə lazımi diqqət göstərilməmiş, normal bəslənilməmiş və bu cür hallar ipəkqurdunun inkişafına mənfi təsir etmişdir.
2020-ci ildə tütünçülüyün inkişaf etdirilməsi proqramı çərçivəsində 425 ha sahədə tütün əkilməsi proqnozlaşdırılmışdır. Bu məqsədlə, torpaq sahələri seçilmiş, sahələrin torpaq analizləri aparılmış, istehsalçılarla müqavilələr bağlanmış, onların kreditə, mineral gübrələrə olan tələbatının ödənilməsi istiqamətində işlər görülmüşdür. Azərbaycan Sənayə Koperasiyasının “Azər tütün” MMC ilə 246,3 ha, “İlham” MMC ilə 32,5 ha, “Azəri” korperasiyası ilə 143,2 hektar sahədə tütün əkilməsi ilə bağlı müqavilələr bağlanılmış və cəmi 361,5 ha sahədə Virciniya, 3 ha sahədə Berley və 60,5 ha sahədə İtiyarpaq növ tütün əkilməsi təmin olunmuşdur. Tütünçülük sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış işçi qrupu ttərəfindən “Azərtütün” MMC, “İlham”MMC və “Azəri” Korporasiyası ilə birgə ardıcıl işlər görülmüş, sahələrə aqrotexniki xidmətlər göstərilmiş, məhsul yığılaraq yaş və quru formada emal müəssisələrinə təhvil verilmşdir.Rayon üzrə 2669 ton yaş virciniya növ tütün “Azərtütün”ASK MMC-yə, 345 ton qurudulmuş tütün “Azəri” Korparasiyasına, 27 ton isə “İlham M” MMC-yə təhvil verilmişdir. Beləliklə, cəmi quruya çevrilmiş formada 786 ton tütün istehsal olunmuşdur. Məhsuldarlıq göstəricisi 18,5 sentnerə çatmışdır ki, bu da 2019-cu ilə nisbətən 7,2 sentner coxdur.
Hesabat dövründə rayonda fındıqçılığın inkişaf etdirilməsi sahəsində müvafiq işlər görülmüş, yeni fındıq bağlarının salınması və bərpa edilməsi məqsədi ilə dövlət, bələdiyyə və xüsüsi mülkiyyətdə olan torpaq sahələri seçilmiş, 75 ha sahədə bağlar bərpa edılmiş və aqrotexniki qulluq göstərilmişdir. Beləliklə, son illərdə rayonda yeni salınmış fındıq bağlarınin sahəsi 5012 hektara çatmışdır.
Rayonda bitkiçiliyin digər sahələrindən kartofçuluq, tərəvəzçilik, qarğıdalıçılıq, bostançılıq və meyvəçiliyin də inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər aparılmış, istehsalçıların toxuma, mineral gübrələrə, pestisidlərə, texnika və texniki vasitələrə olan tələbatı ödənilmiş, məhsuldarlığın artırılması üçün tədbirlər görülmüşdür. Nəticədə, 46288 ton qarğıdalı, 5801 ton kartof, 27955 ton tərəvəz, 4030 ton bostan, 364 ton lobya, 32988 ton meyvə, (o cümlədən 6231 ton fındıq, 15220 ton xurma) və digər kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Qeyd olunmalıdir ki, 2020-ci ildə rayonda ilk dəfə yazlıq bitkilərdən qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemi “AZZA” MMC-də tətbiq edilmiş və bunun nəticəsində yüksək nəticələr əldə olunmuşdur. Həmin təcrübənin cari ildə genişləndirilməsi nəzərdə tutulur.
İntensiv bağçılığın inkişaf etdirilməsinə və yeni bağlar salınmasına diqqət göstərilmişdir. Təkcə ötən ildə cəmi 37 ha sahədə yeni intensiv bağlar salınmışdır. Həmin bağlarda şaftalı, gavalı, gilas, armud, ərik, badam və digər növ meyvə ağacları əkilmiş, damlama üsulu ilə suvarma sistemi qurulmuşdur.
Hesabat dövründə əkin sahələrinin suvarılmasının təşkili ilə bağlı Suvarma Sistemləri İdarəsi ilə birgə işlər görülmüş, mövcüd suvarma kanallarında 320 min kub lildən təmizlənmə işləri aparılmış, sahələrə 21 mln. kub metr su verilmiş, suvarma məqsədləri üçün 10 artezian quyusu qazılmış, 32 ədəd quyu isə təmir edilmişdir ki, bu da sahələrin suvarılmasına öz müsbət təsirini göstərmişdir.
Cari ildə təsərrüfatlarda təkrar əkinlərin əkilməsinə diqqət göstəriımiş, taxıl biçilmiş 146,3 ha sahərdə təkrar qarğıdalı səpini aparılmışdır. Təkar əkilmiş 67,7 ha qarğıdalı sahəsinə görə 13 fermerə dövlət tərəfindən subsidiya ödənilmişdir.
2020-ci ildə cari ilin məhsulu üçün 1500 ha sahədə payızlıq taxıl əkilməsi nəzərdə tutulmuşdur. Bu proqrama əməl olunmuş və təsərrüfatlarda 1627,3 ha sahədə taxıl, o cümlədən 693,3 ha buğda, 919 ha dən üçün və 15 ha yem üçün arpa səpilmişdir. Hal-hazırda payızlıq əkinlərə aqrotexniki xidmət göstərilir.
Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın inkişaf etdirilməsi də, diqqət mərkəzində saxlanılır. 01.01.2021-ci il tarixinə iribuynuzlu mal-qaranın sayı 36968 başa, xırdabuynuzlu heyvanların sayı isə 37298 başa çatmışdır. İribuynuzlu mal-qara keçən ilin müvafiq dövrünə nisbətən 0,1 faiz, xırdabuynuzlu isə 0,8 faiz artmışdır. Eyni zamanda ana malın sayında da 0,1 faiz artım müşahidə edilmişdir. Hesabat dövründə ət istehsalı 4816,7 ton, süd istehsalı 21689,6 ton, yun istehsalı 81,3 ton, bal istehsalı 1305 ton, yumurta istehsalı 10375 min ədədə çatmışdır. Ət istehsalı 2,8 faiz, yun istehsalı 4 faiz aşağı düşmüş, süd istehsalı 2,5 faiz, yumurta istehsalı 1,5 faiz, bal istehsalı 8,7 faiz artmışdır.
Heyvandarlığın inkişaf etdirilməsinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, süni mayalanma tədbirlərinin geniş tətbiqinə və xaricdən idxal olunan cins malların güzəştlə satılmasına diqqət artırılmışdır. Ötən ildə 2997 baş mal süni mayalanmdırılmış və 2016 baş buzov alınmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamına uyğun olaraq süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi ilə bağlı müafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmiş və hesabat ilində 1034 heyvan sahibinə suni mayalanma yolla alınmış 1613 baş buzova görə dövlət büdcəsinin vəsaiti hesabina 161,3 min manat subsidiya ödənilməsi istiqamətində işlər görülmüşdür.
Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-ci il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmana uyğun olaraq fermerlərin Elektron Kənd təsərrütatı İnformasiya Sistemində qeydiyyata alınması, əkin sahələrinin və bağların bəyan edilməsi ilə bağlı fermerlərə xidmətlər görülmüşdür. 7254 kənd təsərrüfatı məhsulları istehsalçısına 10427,63 hektar sahədə becərdikləri əkinlərə və coxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına 2206,73 min manat məbləğində əkin subsidiyası verilmişdir.
Barama istehsalçılarına istehsal etdikləri yaş baramaya görə vəsaitin ödənilməsi istiqamətində də işlər aparılmış, kümçülərin EKTİS-də qeydiyyatı aparılmış və barama və ipək müəssisəsinə təhvil verdikləri baramaya görə 301 nəfər kümçüyə 146,65 min manat yarddım verilmişdir.
İstehsal edib tədarükçülərə təhvil verdikləri 2102,3 min kq yaş və 375,7 min kq quru tütünə görə 25 tütün istehsalçısına 292,96 min manat subsidiya verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Sərəncamına uyğun olaraq rayonda fəaliyyət göstərən 1113 fiziki şəxsə saxladıqları 32517 arı ailəsinə (pətəyə) görə 325,17 min manat subsidiyanın odənilməsi AKİA tərəfindən həyata keçirilmişdir.
2020-ci ildə mal-qaraya baytarlıq xidmətlərinin göstərilməsinə nəzarət artırılmış, epizootik tədbirlər planına uyğun olaraq xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilmişdir. Ötən ildə 69 baş iri buynuzlu heyvanlardan qan nümunəsi alınaraq Bruselyoza görə müayinəsi aparılmış, 4 baş xəstə heyvan aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür. 38060 baş iri buynuzlu heyvan, 37580 baş xırda buynuzlu heyvan, 1300 baş atlarda qara-yara xəstəliyinə qarşı peyvənd edilmişdir. 4300 baş it quduzluq xəstəliyinə qarşı peyvənddən keçirilmişdir. 59135 baş iri buynuzlu heyvan Dabağın AO Asiya-1 Ştamına qarşı, 1260 baş iribuynuzlu heyvanlara Leptospiro xəstəliyinə qarşı, 35005 baş iribuynuzlu heyvana Nodulyar dermatit xəstəliyinə qarşı, 37555 baş xirdabuynuzlu heyvana Çiçək xəstəliyinə qarşı, 27530 baş xırda buynuzlu heyvan dabaq xəsdəliyinin AO ştamına qarşı peyvənd olunmuşdur. 223000 baş quşlar Nyukaslın “H” ştamına qarşı, 200000 baş isə Nyukaslın, “La-Sota” ştamına qarşı peyvənd edilmişdir. Eyni zamanada 4900 baş vəhşi heyvanlarda quduzluöa qarşı oral immunizasiya işləri aparılmışdır.
Rayon Bitki Mühafizə Mərkəzi tərəfindən cari ildə zərərvericilərə və xəstəliklərə qarşı mübarizə aparılması sahəsində işlər görülmüş, fermerlərlə birgə 747 ha sahədə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılmışdır. 34 ha tütün sahəsində xəstəliklərə qarşı, 27 ha kartof sahəsində kolorado böcəyinə qarşı mübarizə aparılması təşkil olunmuşdur. Tərəvəzçilik sahəsində yalançı unlu şeh xəstəliyinə qarşı 2137 ha ərazidə müşahidə aprılmış, 700 ha sirayətlənmiş sahədə mübarizə aparılmışdır. Karantin alaq otu olan yovşanyarpaq abroziya 196 ha sahədə, sarı sarımasıq 36 ha sahədə müşahidə aparılmış, 14 ha sahədə kimyəvi mübarizə aparılmışdır.
Rayonda torpaq sahələrinin kimyəvi analizlərinin aparılmasına diqqət artırılmışdır. Fermer və mülkiyyətçilərlə görüşlər keçirmiş, onlara müvafiq tövsiyyələr verilmişdir. Rayonda 549,4 hektar sahədən 98 torpaq nümunəsi götürülmüş və alınmış nəticələr barədə torpaq sahibləri məlumatlandırılmışdır. Götürülmüş torpaq nümunələrinin 51-i qarğıdalı, 6-sı tərəvəz,3-ü tütün , 12-si fındıq, 2-si yonca və 24-ü meyvə sahələrinə aiddir.
Hesabat dövründə “Aqrolizinq” ASC-nin rayon nümayəndəliyi tərəfindən istehsalçıların texnikaya, mineral gübrələrə, pestisitlərə olan tələbatlarının ödənilməsi sahəsində işlər görülmüş 1012,7 ton mineral gübrələrin və 394,4 litr və23,3 kq pestisidin 70% güzəştlə fermerlərə satılması təmin olunmuşdur.
Bütün bunlarla yanaşı qeyd olunmalıdır ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı əlaqədar tədbirlərin genişləndirilməsinə diqqət artırılmalı, bu sahədə bütün potensial imkanlardan daha səmərəli istifadə olunması istiqamətində ardıcıl işlər görülməli, əkin sahələrindən səmərəli istifadə olunmalı, istifadəsiz torpaqlar müəyyən edilərək əkin dövriyyəsinə cəlb edilməli, daha məhsuldar toxum növlərinin əkilməsinə diqqət artırılmalıdır.
Eyni zamanda torpaq sahələrinin münbitliyinin artırılması, kənd təsərrüfatında istehsalın məhsuldarlığın artırılması hesabına təşkil edilməsi diqqətdə saxlanılmalıdır.
Barama istehsalı sahəsində yol verilmiş nöqsanlar aradan qaldırılmalı, ilin əvvəlindən xəstəliklərə qarşı mübarizə aparılması üçün kümxanalarda dezinfeksiya tədbirləri həyata keçirilməlidir.
İri buynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılamsı üçün süni mayalanma tədbirləri genişləndirilməli, ət istehsalının artırılması üçün ətlik məhsuldar mal-qaranın yetişdirilməsinə diqqət verilməlıdir.
Son illərdə yay mövsümündə havaların anormal isti keçirməsi, quraqlığın uzun müddət davam etməsi suvarma işlərinin genişləndirilməsini vacib edir. Ona görə də, sahələrin suvarılmasının təşkili ilə bağlı əlavə tədbirlərin görülməsi, yeni kanalların qazılması, müasir suvarma sistemlərinin qurulması, mövcüd su potensialından səmərəli istifadə edilməsi istiqamətində işlər görülməli, quraqlığa davamlı toxumlardan istifadə olunmasına diqqət artırılmalıdır.
Ötən dövrdə suvarma kanallarında 240.0 min kubmetr, çaylarda 702,0 min kubmetr həcmində məcra təmizləmə işləri, şəhərin və Mahamalar kəndinin sel sularından müdafiəsi üçün Balakənçayın daş-beton bəndlərində 1526 kubmetr, Katex kəndinin müdafiəsi üçün Katexçayın daş-beton bəndlərində 294,7 kubmetr əsaslı və cari təmir işləri aparılmışdır.
RİHB aparatında sənədlərlə aparılan işlərin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. RİHB aparatında sənədlərlə aparılan işlər, sənəd dövriyyəsi tam olaraq elektron qeydiyyat sisteminə keçirilmişdir. Vətəndaşların yazılı müraciətləri, vətəndaşların qəbulları, səyyar qəbullar, daxil olan və göndərilən xidməti sənədlər, başçının sərəncam və əmrləri bütünlüklə elektron formada sistemə işlənir, icrası və nəzarəti müvafiq qaydada təşkil olunur.
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə müvafiq olaraq təsdiq olunmuş iş planları əsasında RİH başçısı yanında Şuranın yığıncaqlarında müxtəlif sahələr üzrə problemlər müzakirə olunur və müvafiq tövsiyələr qəbul edilir. Ötən ildə RİHB yanında Şuranın 24 yığıncağı keçirilmiş, bu yığıncaqlarda müxtəlif sahələr üzrə 24 məsələ müzakirə olunmuşdur.
RİH-də vətəndaş müraciətlərinə baxılması, onların qəbulunun təşkili işinin təkmilləşdirilməsi istiqamətində müntəzəm iş aparılır. Belə ki, ölkə ərazisində koronavirus infeksiyasının yayılması ilə əlaqədar 2020-ci ilin mart ayından RİH başçısı tərəfindən vətəndaşların qəbulu yalnız onlayn-video konfrans proqramları və telefon rabitəsi vasitəsilə RİH-nin inzibati binasında qəbul otağından və şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdən videoqəbul formatında keçirilir, müraciət və şikayətləri dinlənilir, müvafiq qaydada araşdırılaraq baxılır və nəticəsi haqqında vətəndaşlara məlumat verilir. Qəbul edilən vətəndaşların qanuni tələblərinin icrası, pozulmuş hüquqlarının bərpası təmin olunur, RİH-nin səlahiyyətindən kənar məsələlərə dair izahatlar verilir, bir qisim müraciətlər isə baxılmaq üçün aidiyyəti qurumlara göndərilir.
2020-ci il ərzində RİH başçısı tərəfindən 469 nəfər vətəndaş qəbul edilmiş və qaldırılan məsələlərə qanunamüvafiq qaydada baxılmışdır. Əvvəlki illə müqayisədə qəbula gələn vətəndaşların sayı 177 nəfər azalmışdır. Aparılan təhlillər göstərir ki, qəbul zamanı edilən müraciətlərin 42,8 faizini əmək və əhalinin sosial müdafiəsi məsələləri, 10,2 faizini kənd təsərrüfatı və torpaq məsələləri, 7 faizini tikinti məsələləri, 6,2 faizini enerji və istilik təchizatı məsələləri, 5,5 faizini su və kanalizasiya məsələləri, 1,3 faizini sel və daşqınlar barədə olan müraciətlər təşkil etmişdir ki, bu da ümumilikdə qəbullarda edilən müraciətlərin 342-si və ya 73 %-dir.
Qəbul edilən vətəndaşların haqlı müraciətlərinin həllinə maksimum köməklik göstərilmiş, qanundan kənar tələb və əsassız şikayətlər üzrə isə ətraflı izahatlar verilmişdir.
Əhalini daha çox narahat edən, eləcə də kollektiv müraciətlərdə qaldırılan məsələlərin həlli, yaşayış məntəqələrinin abadlaşdırılması, enerji və içməli su təminatının yaxşılaşdırılması, kənd yollarının asfaltlaşdırılması və digər sosial problemlərin həlli rayon icra hakimiyyəti başçısı aparatında vətəndaş müraciətləri ilə aparılan işlərin prioritet istiqamətlərini təşkil etmiş, belə müraciətlərin baxılmasına xüsusi diqqət göstərilmişdir.
2020-ci ildə vətəndaşlardan rayon icra hakimiyyətinə 888 müraciət (məktub, elektron məktub və teleqram) daxil olmuşdur. Daxil olan ərizə və məktubların 97,7 %-nə, yəni 868 müraciətə bilavasitə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən baxılmış, nəticələri barədə vətəndaşlara məlumat verilməsi təmin edilmişdir.
Daxil olan müraciətlərin xarakterində müsbət dəyişikliklər davam etmiş, şikayətlərlə müqayisədə ərizələrin xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksək olmuşdur. İl ərzində qeydə alınan 888 müraciətdən 7-ni təklif, 759-nu ərizə və 122-ni şikayət məktubları təşkil etmişdir.
Ümumi müraciətlərin 27,7 %-ni sosial müdafiə (sosial yardım, müavinətlər, birdəfəlik maddi yardımın göstərilməsi, işlə təmin olunma), 13,5 %-ni torpaq məsələləri (kənd təsərrüfatı üçün torpaq sahələrinin ayrılması, örüş sahələri, fərdi torpaq, əkin sahələrinin və yollarının zəbt olunması barədə), 8,78 %-ni şəhərsalma və tikinti məsələləri, 7,09 %-ni mənzillə təmin olunma, 7,3 %-ni enerji daşıyıcıları və su təchizatı məsələləri, 4,05 %-ni nəqliyyat məsələləri və 4,1 %-ni təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması ilə bağlı olan müraciətlər təşkil etmişdir ki, bu da ümumi müraciətlərin 644-ü və ya 72,52 %-dir.
2020-ci ildə rayon icra hakimiyyəti başçısı aparatına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 274 vətəndaş müraciəti baxılmaq üçün göndərilmişdir ki, bu da bütün müraciətlərin 30,9 %-ni təşkil edir. Yuxarı orqanlardan daxil olan müraciətlər əvvəlki illə müqayisədə 75 ədəd və ya 17 %, Prezident Administrasiyasından daxil olan müraciətlər isə 81 ədəd və ya 22,8 % azalmışdır.
Bütövlükdə ötən il ərzində yuxarı dövlət orqanlarından rayon icra hakimiyyətinə cəmi 355 müraciət daxil olmuşdur. O, cümlədən Azərbaycan Respublikasının Milli Məclisindən 23, Azərbaycan Respublikasının Nazirlər Kabinetindən 17 və Respublikanın digər qurumlarından 41 müraciət daxil olmuşdur. Vətəndaşlardan bilavasitə rayon icra hakimiyyətinə 533 müraciət ünvanlanmışdır ki, bu bütün daxil olan müraciətlərin 60 %-ni təşkil edir. Rayon üzrə hər min nəfərə 8,9 ərizə düşür.
Rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan daxil olan 888 müraciətdən 254-ü müsbət həll olunmuş, 16-sı qismən həll edilmiş, 461 müraciətə dair müvafiq izahat verilmiş, 62 müraciət əsassız hesab edilmiş, 23 müraciət baxılmamış saxlanılmış, 34 müraciətin icrası dövlət proqramlarında nəzərdə tutulmuş, 17 müraciət isə baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmişdir.
2020-ci ildə RİHB aparatına daxil olan vətəndaş müraciətlərinin 344-nə, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş 274 müraciətdən 136-na nəzarətə alınmaqla baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nəzarət qaydasında göndərilən 7 müraciətə vaxtında baxılmaqla cavablandırılması təmin olunmuş, ümumilikdə ötən il ərzində RİH-nə daxil olan bütün müraciətlərə vaxtında baxılmışdır. Ötən illə müqayisədə müraciətlərin sayının xeyli artmasına səbəb koronavirus pandemiyası dövründə aztəminatlı ailələrin maddi yardım, ərzaq bağlamaları və 2 aylıq sosial işlə təmin olunmalarına dair çoxsaylı müraciətlərin və digər mövzular üzrə əsassız təkrar müraciətlərin daxil olmasıdır. Əhalinin aztəminatlı təbəqələrinin sosial yardımla bağlı müraciətləri Heydər Əliyev Fondu, eyni zamanda müxtəlif xeyriyyəçi hüquqi və fiziki şəxslərin dəstəyi ilə müsbət həll olunmuşdur.
Daxil olan müraciətləri ərazilər üzrə təhlil etdikdə görürük ki, hesabat dövründə ən çox müraciət Balakən şəhərindən (194 əd.), Qullar kəndindən (73 əd), Hənifə kəndindən (72 əd), Talalar kəndindən (70 əd), Katex kəndindən (66 əd.), Tülü kəndindən (55 əd.), Gərəkli kəndindən (47 əd.), Qazma kəndindən (46 əd), Mahamalar kəndindən (29), Kortala kəndindən (29 əd.), ən az müraciət isə Şərif kəndindən (5 ədəd), İtitala və Qaysa kəndlərinin hər birindən (10 əd.) və Meşəşambul kəndindən ( 12 əd.) daxil olmuşdur.
Bütün hallarda yazılı müraciətlərə baxılmasının nəticələri barədə vətəndaşların ünvanına cavab göndərilməsi təmin olunur. Hesabat dövründə RİH-ə vətəndaşlar tərəfindən telefonla daxil olmuş 36 müraciətin hər birinə operativ baxılmış, nəticəsi barədə məlumat verilmişdir.
2020-ci ildə RİH-nin tabe qurumlarında 408 vətəndaş müraciəti (o cümlədən, 403 ərizə, 4 şikayət, 1 təklif ) qeydə alınmış, 834 nəfər vətəndaş qəbul edilmişdir.
Kənd və qəsəbələrdə əhalini narahat edən sosial-iqtisadi problemlərin öyrənilib həll edilməsi, həmçinin şəxsi məsələlərə dair müraciətlərin yerlərdə baxılması məqsədilə 2020-ci ilin yanvar və fevral aylarında qrafik üzrə hər həftə RİH başçısının səyyar qəbul-görüşləri təşkil olunmuş, görüşlərdə vətəndaşların irəli sürdükləri təkliflər, söylənilən tənqidi fikirlər qeydə alınmış və icrası nəzarətə götürülmüşdür. 2020-ci ilin mart ayından ölkə ərazisində koronavirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən səyyar qəbulların keçirilməsi dayandırılmışdır.
2020-ci ilin yanvar və fevral ayları ərzində RİH başçısı tərəfindən rayonun qəsəbə və kəndlərində 8 səyyar qəbul-görüşlər keçirilmiş, bu görüşlərdə 811nəfər əhali iştirak etmiş, 43 nəfər vətəndaş tərəfindən 43 təklif və tənqidi qeydlər söylənilmişdir. Həmin görüşlərdə sahilbərkitmə və sel daşqınlarından mühafizə ilə bağlı irəli sürülən 9 təklif prioritet təşkil etmişdir. Elektrik veriliş xətlərinin yenidən qurulması, enerji təchizatının yaxşılaşdırılmasl barədə 8 təklif, əhalinin icməli su təchizatı, artezianların qazılması barədə 7 təklif, kənd təsərrüfatı və torpaqlardan istifadə məsələlərinə dair 6 təklif irəli sürülmüşdür ki, müvafiq olaraq ikinci, üçüncü və dördüncü dərəcəli vacib sosial-iqtisadi problemlər kimi qeyd edilməlidir.
2020-ci ildə 10 kadr dəyişikliyi olmuşdur. Yeni təyin olunan kadrların tutduqları vəzifəyə uyğun müvafiq ixtisas təhsili vardır.
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanın icrası ilə əlaqədar RİH başçısının müvafiq Sərəncamları ilə Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Apellyasiya Şurası yaradılmışdır. Hesabat ilində Apellyasiya Şurasına sahibkarlar tərəfindən baxılmaq üçün müraciət daxil olmamışdır.
RİH başçısı tərəfindən hesabat dövründə 93 sərəncam, 161 ədəd əmr imzalanmışdır.
Əvvəlki illərdə olduğu kimi 2020-ci ildə də RİHB aparatı üzrə sənəd döyriyyəsi yüksək olaraq qalmaqdadır. Il ərzində RİHB aparatına 1372 ədəd xidməti sənəd daxil olmuş, RİHB aparatından 2044 ədəd sənəd və cavab məktubları göndərilmişdir.