Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci il üzrə hesabat

 

            Ümumi məhsul buraxılışının həcmi 2024-cü illə müqayisədə 2025-ci ildə ilkin hesablamalara görə 7,1 faiz artaraq 328105,4 min manat təşkil etmişdir. Məhsul buraxılışının 23,4 faizi sənaye, 0,7 faizi tikinti, 38,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,3 faizi informasiya və rabitə, 32,9 faizi isə ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində istehsal edilmişdir.

           2025-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 76850,3 min manat olmuşdur. Qeyri-dövlət sektorunda istehsalın və xidmətlərin həcmi 65502,5 min manat və sənaye məhsulunun ümumi həcmində xüsusi çəkisi     85,2 faiz olmuşdur. Dövlət bölməsində isə sənaye məhsulu istehsalının həcmi    11347,8 min manat olmaqla sənaye məhsulunun ümumi həcminin 14,8 faizini təşkil etmişdir.

            İstehsal edilmiş sənaye məhsulunun və  göstərilmiş xidmətlərin 85,2 faizi emal sənayesinin, 13,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı müəssisələrinin payına düşür.

           2025-ci ildə yüklənmiş malların həcmi 80068,0 min manat olmuş, o cümlədən öz istehsalı olan malların həcmi 76797,9 min manat təşkil etmişdir. Bununla yanaşı     2026-cı il yanvarın 1-i vəziyyətinə sənaye müəssisələrin anbarlarında öz istehsalı olan hazır məhsul qalığı 176,9 min manat olmuşdur.

Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmışdır. 2025-ci ildə qarğıdalı da daxil olmaqla tarlalardan 58786,0 ton və ya 2024-cü illə müqayisədə 13,4 faiz çox dənli və dənli paxlalı bitkilər, 10594,0 ton (60,2 faiz az) tərəvəz, 39905,6 ton (2,4 faiz çox) meyvə və giləmeyvə, 3011,0 ton (54,8 faiz az) kartof, 1905,0 ton (54,9 faiz az) bostan məhsulları, 336,0 ton (2,4 faiz çox) üzüm, 33,0 ton (eyni səviyyədə qalmışdır) günəbaxan, 155,0 ton (44,6 faiz çox) tütün yığılmışdır.

2025-ci ildə diri çəkidə 4349,5 ton ət, 22553,5 ton süd, 11035,0 min ədəd yumurta, 77,0 ton yun istehsal olunmuşdur. 2024-cü illə müqayisədə ət istehsalı       20,6 ton və ya 0,5 faiz, süd istehsalı 180,2 ton və ya 0,8 faiz, yumurta istehsalı 260 min ədəd və ya 2,4 faiz, yun istehsalı 1,0 ton və ya 1,3 faiz artmışdır.

            İlkin məlumatlara görə 2025-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 36923 baş qoyun və keçi, 27400 baş iribuynuzlu mal-qara, o cümlədən 13060 baş inək və camış mövcud olmuşdur.

            2025-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 14240,3 min manat məbləğində olmuşdur.

            Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ildə 790,0 min ton yük və 7953,0 min nəfər sərnişin daşınmış, 2024-cü illə müqayisədə yük daşınması 6,0 faiz, sərnişin daşınması isə 5,7 faiz artmışdır.

            İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehlakçılara 4122,0 min manatlıq və ya 2024-cü illə müqayisədə 22,0 faiz çox xidmət göstərilmişdir.

            2025-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 337644,9 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 74626,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2024-cü illə müqayisədə əmtəə dövriyyəsi 0,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 8,5 faiz artmış, ticarət şəbəkəsində  231495,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 106149,1 min manatlıq qeyri-ərzaq malları satılmışdır.

            2025-ci ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artaraq 618,3 manat təşkil etmişdir  Rаyоn əhаlisinin sаyı ötən ilin əvvəlindən 257 nəfər və ya 0,3 faiz artaraq   2026-cı il yanvar ayının 1-i vəziyyətinə ilkin hеsаblаmаlаrа görə 101276 nəfərə çatmışdır.

Cədvəl 1

Mаkrоiqtisаdi göstəricilər

 

Ölçü vаhidi

2025-ci il, faktiki

2024-cü ilə nisbətən, faizlə

Məhsul buraxılışı

min mаnаt

328105,4

107,1

Sənаyе məhsulu

min mаnаt

76850,3

146,8

Əsas kapitala yönəldilmiş vəsaitlər

min mаnаt

14240,3

92,8

Kənd təsərrüfatı məhsulu

min mаnаt

125792,0

88,7

Nəqliyyаt sеktоrundа yük dаşınmаsı

min  ton

790,0

106,0

Nəqliyyаt sеktоrundа sərnişin dаşınmаsı

min sərnişin

7953,0

105,7

İnformasiya və rаbitə xidmətləri

min mаnаt

4122,0

122,0

Pərаkəndə ticarət dövriyyəsi

min mаnаt

337644,9

100,3

Əhаliyə göstərilən ödənişli xidmətlər

min mаnаt

74626,0

108,5

 

Məhsul buraxılışı

2025-ci ildə ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə ilkin hesablamalara görə 7,1 faiz artaraq 328105,4 min manat olmuşdur. Məhsul buraxılışının 23,4 faizi sənaye, 0,7 faizi tikinti, 38,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,3 faizi informasiya və rabitə, 32,9 faizi isə ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində istehsal edilmişdir.

 

Cədvəl 2

Məhsul buraxılışı cəmi                                                                    

                                                                                                                 min manatla

 

2025-ci il

2024-cü ilə nisbətən, faizlə

Məhsul buraxılışının cəmi

328105,4

107,1

           o cümlədən:                                     Sənaye

76850,3

146,8

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

125792,0

88,7

Tikinti

2323,7

114,6

Nəqliyyat və anbar təsərrüfatı

10971,0

119,4

İnformasiya və rabitə

4122,0

122,0

Ticarət; nəqliyyat vasitələrinin təmiri

108046,4

100,3

 

Qrafik 1         

Sənaye

2025-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 76850,3 min manatlıq və ya 2024-cü illə müqayisədə 46,8 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

İstеhsаl olunmuş sənаyе məhsulunun və göstərilmiş xidmətlərin həcmi hüquqi şəxslər üzrə 50803,4 min manat, fiziki şəxslər üzrə 5175,9 min manat və ev təsərrüfatları üzrə isə 20871,0 min manat olmuşdur.

Sənаyе məhsulunun və göstərilmiş xidmətlərin 85,2 faizi еmаl, 13,7 faizi еlеktrik еnеrjisi, qаz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarının hesabına yaradılmışdır.

Qrafik 2  

Cədvəl 3

Sənayenin fəaliyyət növləri üzrə məhsul istehsalı

Fəaliyyət növlərinin adı

2025-ci il,

min manat

2024-cü ilə nisbətən, faizlə

     Cəmi:

76850,3

146,8

          o cümlədən:

C- Emal sənayesi

65502,5

166,3

D- Elektrik enerjisi, qаz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

10538,5

92,9

E- Su təchizatı, tullantıların təmizlənməsi və emalı

809,3

131,8

 

2025-ci ildə istehsal edilmiş sənаyе məhsullarının və göstərilmiş xidmətlərin həcmi 2024-cü illə müqayisədə еmаl sənаyеsində 66,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 31,8 faiz artmış, elektrik enerjisi, qаz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda isə 7,1 faiz azalmışdır.

Cədvəl 4

Sənaye məhsulunun mülkiyyət növləri  üzrə bölgüsü

  Mülkiyyət növləri 

2025-ci ildə istehsal edilmişdir,

min manat

     Cəmi:

76850,3

Dövlət

11347,8

Qeyri-dövlət

65502,5

 

Sənаyеnin dövlət sеktоrundа istеhsаlın həcmi 11347,8 min manat, qеyri-dövlət sеktоrundа isə 65502,5 min manat olmuş və sənаyе məhsulunun ümumi həcmində onların xüsusi çəkisi müvafiq olaraq 14,8 faiz və 85,2 faiz təşkil еtmişdir.

2025-ci ildə yüklənmiş malların həcmi 80068,0 min manat, o cümlədən öz istehsalı olan malların həcmi 76797,9 min manat təşkil  etmişdir.

2026-cı il yanvarın 1-i tarixinə sənaye müəssisələrinin anbarlarında öz istehsalı olan hazır məhsul qalığı 176,9 min manat olmuşdur.

Hesabat ilində sənaye subyektlərində əmtəəlik 413,97 ton meyvə-tərəvəz konservləri, 19,93 ton süd və qaymaq, 76,8 ton kərə yağı, 160,05 ton pendir, 971,74 ton meyvə və qoz-fındıq, 379,78 ton çəkməli tütün, 2627,16 ton heyvan yemi, 17139,69 ton ev quşları yemi və sair məhsullar istehsal olunmuşdur.

Tikinti

2025-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14240,3 min manat və ya 2024-cü illə müqayisədə 7,2 faiz az investisiya yönəldilmişdir. Sərmayə qoyuluşunun 13122,1 min manatı və ya 92,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.

Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilаtlаr tərəfindən əsas kapitala 4920,2 min mаnаt (ümumi vəsаitin 34,6 faizi), qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar tərəfindən isə 9320,1 min manat (ümumi vəsaitin 65,4 faizi)  sərmаyə yönəldilmişdir.

2025-ci ildə 6690,7 min mаnаtlıq fərdi mənzil tikintisi оlmuş və əvvəlki illə müqayisədə 4,4 faiz azalmışdır.

2025-ci ildə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla)  yеrinə yеtirilmiş inşaat işlərinin həcmi 2323,7 min manat olmuş və işlərin 1549,3 min manatını və ya 66,7 faizini cаri təmir, 58,9 min manatını və ya 2,5 faizini əsaslı təmir, 608,0 min mаnаtını və ya 26,2 faizini inşa, yenidənqurma və bərpa,  107,5 min manatını və ya  4,6 faizini isə sair işlər təşkil etmişdir. Ümumi inşaat işlərinin 43,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

 

Qrafik 3

Kənd təsərrüfatı

2025-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 2024-cü illə müqayisədə 11,3 faiz azalaraq 125792,0 min manat təşkil etmişdir ki, onun da      58311,4 min manatı və ya 46,4 faizi heyvandarlıq, 67480,6 min manatı və ya 53,6 faizi isə bitkiçilik məhsullarının payına düşür.

Qrafik 4

Kənd təsərrüfatının ümumi məhsulunun strukturu

Bitkiçilik. Rayonda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmışdır.     2025-ci ildə qarğıdalı da daxil olmaqla 9533,0 hektar sahədən, hər hektardan orta hesabla 61,7 sentner olmaqla, ilkin çəkidə 58786,0 ton və ya 2024-cü illə müqayisədə 13,4 faiz çox dənli və dənli paxlalı bitkilər toplanmışdır.

2025-ci ildə istehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 53790,0 tonunu və yaxud 91,5 faizini qarğıdalı təşkil etmiş və məhsuldarlığı 67,8 sentner olmuşdur. Bundan əlavə, 10594,0 ton və ya 2024-cü ilə nisbətən 60,2 faiz az tərəvəz, 39905,6 ton (2,4 faiz çox) meyvə və giləmeyvə, 3011,0 ton (54,8 faiz az) kartof, 1905,0 ton (54,9 faiz az) bostan məhsulları, 336,0 ton (2,4 faiz çox) üzüm, 33,0 ton (eyni səviyyədə qalmışdır) günəbaxan, 155,0 ton (44,6 faiz çox) tütün yığılmışdır.

 

Cədvəl 5

Bütün təsərrüfat kateqoriyaları üzrə bitkiçilik məhsullarının yığımı

 

2025-ci il

2024-cü il

Əkin sahəsi, hektar

Yığılmış sahə, hektar

Yığılmış məhsul, ton

Məhsul- darlıq, sen/ha

Yığılmış sahə, hektar

Yığılmış məhsul, ton

Məhsul- darlıq, sen/ha

Dənli və dənli paxlalı bitkilər-cəmi

9533,0

9533,0

58786,0

61,7

8812,9

51847,9

58,8

     o cümlədən:             buğda

573,2

573,2

1895,0

33,1

795,3

2520,0

31,7

arpa

838,4

838,4

2691,0

32,1

891,9

2672,0

30,0

qarğıdalı

7938,4

7938,4

53790,0

67,8

6942,7

46249,9

66,6

paxlalı bitkilər

183,0

183,0

410,0

22,4

183,0

406,0

22,2

Dən üçün günəbaxan

-

-

33,0

-

-

33,0

-

Tütün

43,5

43,5

155,0

35,6

57,8

107,2

18,5

Kartof

287,0

287,0

3011,0

104,9

640,0

6655,0

104,0

Tərəvəz

664,0

664,0

10594,0

159,5

1676,0

26629,0

158,9

Bostan məhsulları

155,0

155,0

1905,0

122,9

346,0

4228,0

122,2

Meyvə və giləmeyvə

13598,11)

12363,32)

39905,6

30,7

11361,72)

38968,2

33,3

Üzüm

-

-

336,0

-

-

328,0

-

1) cəmi əkmələr

2) bar verən yaşda əkmələr

 

Rayonda 2026-cı ilin məhsulu üçün payızlıq bitkilərin səpini başa çatmış və cari il yanvar ayının 1-i vəziyyətinə 1199,0 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin 99,3 faizini və yaxud 1191,0 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 402,2 hektarı buğda, 788,8 hektarı isə arpa əkinlərinin payına düşür.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi   15,6 faiz, o cümlədən buğdanın səpin sahəsi 29,8 faiz, arpanın səpin sahəsi 5,9 faiz azalmışdır.

Heyvandarlıq. 2025-ci ildə quş əti də daxil olmaqla diri çəkidə 4349,5 ton ət, 22553,5 ton süd, 11035,0 min ədəd yumurta, 77,0 ton yun istehsal olunmuşdur.     2024-cü illə müqayisədə ət istehsalı 0,5 faiz, süd istehsalı 0,8 faiz, yumurta istehsalı  2,4 faiz, yun istehsalı 1,3 faiz artmışdır.

Cədvəl 6

Əsas növ heyvandarlıq məhsullarının istehsalı, ton

 

Ət                 (diri çəkidə)

Süd

Yumurta,              min ədəd

Yun

2024-cü il

Yanvar

331,9

1867,5

945,0

-

Yanvar-fevral

674,0

3737,0

1796,0

-

Yanvar-mart

1097,9

5605,1

2741,0

-

Yanvar-aprel

1534,2

7625,6

3590,0

-

Yanvar-may

1868,6

9648,0

4537,0

41,5

Yanvar-iyun

2209,8

11661,0

5388,0

41,5

Yanvar-iyul

2554,7

13252,8

6332,0

41,5

Yanvar-avqust

2886,8

14903,1

7183,0

41,5

Yanvar-sentyabr

3306,0

16771,3

8129,0

76,0

Yanvar-oktyabr

3647,6

18638,0

8980,0

76,0

Yanvar-noyabr

3981,0

20505,0

9924,0

76,0

Yanvar-dekabr

4328,9

22373,3

10775,0

76,0

2025-ci il

Yanvar

336,6

1883,7

968,0

-

Yanvar-fevral

680,4

3768,4

1839,0

-

Yanvar-mart

1101,8

5648,4

2807,0

-

Yanvar-aprel

1540,3

7690,1

3677,0

-

Yanvar-may

1876,0

9730,0

4646,0

42,4

Yanvar-iyun

2217,5

11755,0

5518,0

42,4

Yanvar-iyul

2561,5

13363,1

6485,0

42,4

Yanvar-avqust

2897,4

15025,3

7356,0

42,4

Yanvar-sentyabr

3325,6

16908,0

8325,0

77,0

Yanvar-oktyabr

3669,5

18791,7

9166,0

77,0

Yanvar-noyabr

4005,5

20674,5

10163,0

77,0

Yanvar-dekabr

4349,5

22553,5

11035,0

77,0

İlkin məlumatlara görə 2026-cı il yanvarın 1-i vəziyyətinə rayon üzrə 36923 baş qoyun və keçi, 27400 baş iribuynuzlu mal-qara, o cümlədən 13060 baş inək və camış mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 47,7 faizini inək və camışlar təşkil edir.

 

Cədvəl 7

Bütün təsərrüfat kateqoriyaları üzrə heyvanların sayı, baş

 

 

Yanvarın 1-i vəziyyətinə

Əvvəlki ilin müvafiq dövrünə nisbətən

2026-cı il

2025-ci il

%

+, -

İribuynuzlu mal-qara

27400

27261

100,5

+139

    o cümlədən:      inək və camışlar

13060

12950

100,8

+110

Qoyun və keçilər

36923

37102

99,5

-179

 

Nəqliyyat

2025-ci ildə yük və sərnişin daşımaları əvvəlki illə müqayisədə müvafiq olaraq    6,0 faiz və 5,7 faiz artmışdır.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 790,0 min ton yük daşınmışdır. Yüklərin hamısı avtomobil nəqliyyatı ilə daşınmışdır.

2025-ci ildə nəqliyyatçılar 7953,0 min nəfər sərnişinə xidmət göstərmişlər.

 

Cədvəl 8

Nəqliyyat  sektoru üzrə əsas göstəricilər

 

 

Ölçü vahidi

2025-ci il

2024-cü il

2025-ci il

2024-cü ilə nisbətən, faizlə

Yük daşınması

min ton

790,0

745,0

106,0

Sərnişin daşınması

min sərnişin

7953,0

7522,0

105,7

 

İnformasiya və rabitə

Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 22,0 faiz artaraq 4122,0 min manat təşkil etmişdir ki, onun da 95,4 faizi əhali tərəfindən istehlak olunmuşdur.

 

İstehlak bazarı

2025-ci ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 422569,5 min manat olmaqla 2024-cü ilə nisbətən müqayisəli qiymətlərlə 1,9 faiz artmış, ümumi dəyərin 79,9 faizini pərakəndə ticarət dövriyyəsi, 17,7 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 2,4 faizini isə ictimai iaşə dövriyyəsi təşkil etmişdir.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 1,6 faiz artaraq 407127,2 min manata bərabər olmuş, onun 85,6 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşmışdır.

       Cədvəl 9

İstehlak bazarı üzrə əsas göstəricilər

 

2025-ci il, min manat

2024-cü ilə nisbətən, faizlə

İstehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin ümumi dəyəri

422569,5

101,9

o cümlədən :                   dövlət mülkiyyəti üzrə

15442,3

110,2

qeyri-dövlət mülkiyyəti üzrə

407127,2

101,6

ondan:                          fərdi sahibkarlar üzrə

348370,4

102,4

Hesabat ilində bir istehlakçı orta hesabla ayda 348,1 manat və ya 2024-cü illə müqayisədə nominal ifadədə 22,9 manat çox vəsait xərcləmişdir.

 

Əmtəə bazarı

2025-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 337644,9 min manatlıq, o cümlədən 231495,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 106149,1 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 4,9 faiz azalmışdır.

     Cədvəl 10

Pərakəndə ticarət dövriyyəsinin strukturu

 

2025-ci il, min manat

Ümumi yekunda xüsusi çəkisi, faizlə

2024-cü ilə nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

337644,9

100,0

100,3

o cümlədən:                         ərzaq məhsulları

220156,8

65,2

104,7

içkilər və tütün məmulatları

11339,0

3,4

73,5

qeyri-ərzaq malları

106149,1

31,4

95,1

 

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 278,2 manat və ya 2024-cü illə müqayisədə nominal ifadədə 13,7 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 190,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 87,5 manatlıq qeyri-ərzaq malları almışdır.

 

Qrafik 5

 

2025-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin   68,6 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 1,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 14,1 faizi avtomobil benzini və dizel yanacağının, 3,8 faizi elektrik malları və mebellərin, 1,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 9,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

 

Qrafik 6

 

İctimai iaşə xidmətləri

2025-ci ildə ictimai iaşə dövriyyəsi 2024-cü illə müqayisədə real ifadədə 11,1 faiz artaraq 10298,6 min manat olmuşdur.

 

Cədvəl 11

İctimai iaşə dövriyyəsi

 

2025-ci il,

min mаnаt

2025-ci il

2024-cü ilə

nisbətən, faizlə

Cəmi

10298,6

111,1

      o cümələdən:

Dövlət mülkiyyəti

-

-

Qeyri-dövlət mülkiyyəti

10298,6

111,1

      ondan:                            fiziki şəxslər

9334,3

114,4

 

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 9,4 faizi hüquqi şəxslərin, 90,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Əhaliyə göstərilən ödənişli xidmətlər

2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü illə müqayisədə real ifadədə 8,5 faiz artaraq 74626,0 min manat olmuşdur. Xidmətlərin 20,7 faizi dövlət, 79,3 faizi qeyri-dövlət mülkiyyətinə məxsus xidmət şəbəkələri vasitəsi ilə həyata keçirilmiş və xidmətlərin 21,6 faizi hüquqi, 78,4 faizi isə fiziki şəxslərin payına düşür.

Qrafik 7

2025-ci ildə fiziki şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2024-cü illə müqayisədə 8,8 faiz artaraq 58501,9 min manat olmuşdur.

   Cədvəl 12

Ödənişli xidmətlərin göstərilməsi

 

2025-ci il, min mаnаt

2024-cü ilə nisbətən,       faizlə

Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi

74626,0

108,5

          o cümlədən:

   dövlət

15442,3

110,2

   qeyri-dövlət

59183,7

121,8

          ondan:

       fiziki şəxslər

58501,9

108,8

 

2025-ci ildə hər bir rayon sakini orta hesabla 737,8 manatlıq və ya 2024-cü illə müqayisədə nominal ifadədə 97,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

 

Məşğulluq və işsizlik

2025-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 9044 nəfər,          o cümlədən iqtisadiyyatın dövlət sektorunda 5074 nəfər, qeyri-dövlət sektorunda isə   3970 nəfər təşkil etmişdir.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 13,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi emal sənayesində, 2,4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində, 1,3 faizi tikintidə, 0,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olmuşlar.

Xidmət sahəsində işləyənlərin 32,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri,     30,6 faizi təhsil, 9,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,0 faizi istirahət, əyləncə və incəsənət, 1,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,5 faizi informasiya və rabitə, 0,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət,       0,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.

 

 Cədvəl 13

2025-ci il dekabr ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı

(nəfər)

İqtisadi fəaliyyət növləri

Cəmi

o cümlədən

dövlət

qeyri-dövlət

Rayon üzrə - cəmi

9044

5074

3970

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

23

10

13

Emal sənayesi

689

-

689

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

154

154

-

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

219

219

-

Tikinti

120

103

17

Ticarət; nəqliyyat vasitələrinin təmiri

2941

1

2940

Nəqliyyat və anbar təsərrüfatı

107

72

35

Turistlərin yerləşdirilməsi  və ictimai iaşə

41

-

41

İnformasiya və rabitə

48

47

1

Maliyyə və sığorta fəaliyyəti

47

9

38

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

22

-

22

Peşə, elmi və texniki fəaliyyət

30

12

18

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

63

50

13

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

595

520

75

Təhsil

2768

2756

12

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

895

854

41

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

267

267

-

Digər sahələrdə xidmətlərin göstərilməsi

15

-

15

 

Əməkhaqqı

            2025-ci ilin yanvar-noyabr aylarında iqtisadi və sosial sahədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artaraq 618,3 manat təşkil etmişdir. Əməkhaqqı dövlət sektorunda 704,6 manat, qeyri-dövlət sektorunda isə 494,4 manat təşkil etmişdir.

Cədvəl 14

2025-ci ilin yanvar-noyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı

(manat)

İqtisadi fəaliyyət növləri

Cəmi

o cümlədən

dövlət

qeyri-dövlət

Rayon üzrə - cəmi

618,3

704,6

494,4

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

473,5

711,2

286,7

Emal sənayesi

598,1

-

598,1

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

963,9

963,9

-

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

570,7

570,7

-

Tikinti

620,9

648,8

373,7

Ticarət; nəqliyyat vasitələrinin təmiri

461,6

418,6

461,6

Nəqliyyat və anbar təsərrüfatı

497,3

414,8

640,1

Turistlərin yerləşdirilməsi  və ictimai iaşə

419,0

-

419,0

İnformasiya və rabitə

718,7

725,5

400,0

Maliyyə və sığorta fəaliyyəti

1775,1

2157,3

1658,7

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

433,4

-

433,4

Peşə, elmi və texniki fəaliyyət

632,0

745,0

556,5

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

427,6

433,1

381,7

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

1008,7

1091,3

456,9

Təhsil

618,5

619,3

345,6

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

747,4

755,9

412,9

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

675,8

675,8

-

Digər sahələrdə xidmətlərin göstərilməsi

1230,9

-

1230,9

 

Demоqrаfik  vəziyyət

Rаyоn əhаlisinin sаyı ötən ilin əvvəlindən 257 nəfər və ya 0,3 faiz artaraq 2026-cı il yanvarın 1-i vəziyyətinə ilkin hеsаblаmаlаrа görə 101276 nəfərə çatmışdır. Bir kvadrat kilometrə əhalinin sıxlığı 108 nəfər olmuşdur.

Cədvəl 15

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri

 

Nəfər

Əhаlinin hər 1000 nəfərinə

 

2025-ci il

2024-cü il

artım (+) azalma (-)

2025-ci il

2024-cü il

2025-ci il  2024-cü ilə nisbətən, faizlə

Təbii аrtım

245

312

-67

2,4

3,1

77,4

 

Dоğulаnlаr

812

898

-86

8,0

8,9

89,9

 

Ölənlər

567

586

-19

5,6

5,8

96,6

 

Nikаhlаr

422

435

-13

4,2

4,3

97,7

 

Bоşаnmаlаr

151

146

+5

1,5

1,4

107,1

 

                                           

2025-ci ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən rayonda              812 doğulan körpə və 567 ölüm halı qеydə аlınmışdır. 2024-cü illə müqаyisədə əhаlinin hər 1000 nəfərinə dоğulаnlаrın sayı azalaraq 8,9-dan 8,0-ə, ölənlərin sayı isə 5,8-dən 5,6-ya düşmüşdür.

2025-ci il ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən rayonda     422 nikah və 151 boşanma halları qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,3-dən 4,2-yə düşmüş, boşanmaların sayı isə 1,4-dən 1,5-ə qədər artmışdır.

2025-ci il ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən rayona daimi yaşamaq üçün 43 nəfər gələn və rayondan isə        31 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu rayon üzrə müsbət 12 nəfər təşkil etmişdir.

 

Qrafik 8

 

Keçidlər